Azərbaycanda binaların sənədləşməsində son durum » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:21 Oğuzda qəzada yaralanan qadı xəstəxanada öldü  |     22:56 Bakının iki rayonunda su kəsiləcək  |     22:43 ABŞ və Rusiya yığmaları qarşılaşa bilər - AÇIQLAMA  |     22:38 Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar  |     22:31 Lənkəranda qəza: Sürücülər yaralandı  |     22:26 Qüdsdəki terror aktının görüntüsü (Video)  |     22:21 Rusiyada Arbitraj Məhkəməsinin hakimi intihar etdi  |     22:13 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     22:05 Rusiyada daha bir azərbaycanlı saxlanıldı (VİDEO)  |     21:57 "Artıq villanı satmıram" - Alim Qasımov  |     21:51 Ukrayna 122 min insanı səfərbər edəcək  |     21:44 Tələbə yataqxanalarında qiymət və şərait necədir? - VİDEO  |     21:39 Ermənistan və Slovakiya Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə edib  |     21:30 Su polisi Xəzərdə strateji obyektlərin yaxınlığında brakonyerlik edən şəxsi saxlayıb  |     21:24 Fransada 16 yaşlı idmançı yarış vaxtı ölüb  |     21:17 Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək  |     21:12 Azərbaycanda veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb  |     21:05 Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatıb - Video  |     20:59 Həftəsonu ictimai-iaşə obyektlərində monitorinqlər keçiriləcək  |     20:50 Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilib  |    

Azərbaycanda binaların sənədləşməsində son durum

Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir.

"Yenio Sabah” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqladığı son məlumata əsasən, bu çərçivədə 542 mənzil kooperativindən, MMC-dən və Azərbaycanda fəaliyyət göstərən şəxslərdən 900 binanın koordinatları barədə müvafiq qurumlara məlumatlar verilib.

Həmçinin 218 inşaatçıdan Bakıdakı binaların istismarına icazə verilməsi haqqında aktlar təqdim edilib. Vətəndaşlar tərəfindən ilin əvvəlindən verilən əmlakın özəlləşdirilməsinə dair 10 min sənəddən 9,5 mini artıq icra edilib.

Ümumilikdə, görülmüş tədbirlər nəticəsində ötən yeddi ayda ümumi sahəsi 4 milyon 531 min 2 kvadratmetr olan 46 min 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib. 218-i Bakıda, 8-i Abşeron rayonunda, 1-i Sumqayıtda, 4-ü Gəncədə, 1-i Mingəçevirdə, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilib, onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanda müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin bir qisminin iştirakı ilə oktyabrın 28-də, 30-da və noyabrın 1-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib.

Fərmanın icrası ilə bağlı "Azəriqaz” İstehsalat Birliyi də açıqlama yayıb. Bildirilir ki, Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il noyabr 1-nə olan məlumata görə 293 yaşayış binası üzrə 17104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2504 mənzil təbii qazla təmin olunub.

Xatırladaq ki, bu il fevralın 19-da Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

Sənəddə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilib.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 462 26.11.19 22:45