Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Binəqədi rayonunun S.S.Axundov küçəsində baş verib. Bakı şəhər sakini E.Əliquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Axundovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.