Mojo.az — elanlar
Son Xəbərlər
18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yaşayış binası uçdu - FOTO

25.11.2019 18:29 5 601
Bakıda yaşayış binası uçdu - FOTO
Şamil Əzizbəyov 179 ünvanında qəzalı vəziyyətdə olan ikimərtəbəli bina uçub.

Hadisə dünən axşam saat 6 radələrində baş verib.

Qəzalı mənzillərdən birinin sahibi - Süleymanova Giləxanım deyir ki, evi illərdir qəzalı vəziyyətdə idi, indi isə heç yaşamalı vəziyyətdə deyil:

“20 ildən çoxdur burada yaşayırıq. Özümüz Kəlbəcər qaçqınıyıq. O vaxt gələndən bu evi aldıq. Getməyə yerimiz-yurdumuz yoxdur. İcra Hakimiyyətinə, “Qaçqınkom”a müraciət eləmişik. Gəlib baxıblar, qəzalı olduğunu təsdiqləyiblər, gediblər. Bizə deyirlər, evdən çıxın. Çıxıb hara gedək, bilmirik. Xahiş edirik bizə kömək edin”.

G.Süleymanova deyir ki, bina uçandan sonra hadisə yerinə icra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən, “Qaçqınkom”dan nümayəndələr gəlib, baxış keçirilib. Binada ümumilikdə 10-a yaxın mənzil var. İkinci mərtəbədə yerləşən beş mənzildə yaşayış var. Aşağı mərtəbə isə obyektlərdir. Digər mənzillərdə yaşayan ailələr iddia edir ki, ərazi “Gülüstan” MMC tərəfindən alınıb.

Qəzalı binada yaşayan sakinlərdən biri - Useyinova Firəngiz deyir ki, binanın 159 yaşı var:

“İmkan vermirlər nə sataq, nə də özləri alır. 25 ildir binanı alıb. Zəbt edib. Həyətləri alıblar, ard-arda bu üç həyət qalıb. O biri həyətə deyib, fevralda alacam, o birinə deyib, dekabrda, bizə də deyir ki, pulum yoxdur, olanda alacam. Bizi də qəbul eləmir, danışa bilmirik, dərdimizi deyə bilmirik.

Gözləyirlər ki, qəzalı vəziyyət daha da ciddiləşsin, evlər uçsun, qiyməti düşürsünlər. Biz şəhərdən kənarda, uzaq yerdə ev istəmirik. Normal pulumuzu hesablasınlar, elə məbləğ versinlər ki,hamı özünə normal ev ala bilsin”.

Nəsimi rayon 15 saylı Mənzil İstismar İdarəsinin rəisi Mirkazım Əliyev isə deyib ki, əhalinin şikayətlərini dinləyir, onları başa düşməyə çalışırlar:

“2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilib ki, həmin binalar “RTC” firmasının balansına verilsin, sökülərək yerində hündürmərtəbəli binalar tikilsin. Hazırda bu ərazi onların balansındadır. Özləri iddia edir ki, bu ərazidə park olacaq. Amma sərəncamda qeyd olunub ki, qəzalı binaların yerində hündürmərtəbəli binalar tikiləcək”.












Son xəbərlər