Mojo.az Banner
SON DƏQİQƏ
18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmədən Rafael Cəbrayılovun 4.1 milyon borcu ilə bağlı QƏRAR

25.11.2019 14:58 1 841
Məhkəmədən Rafael Cəbrayılovun 4.1 milyon borcu ilə bağlı QƏRAR
Sumqayıt Apellyasiya Məhkəməsi sabiq deputat Rafael Cəbrayılova qarşı bir neçə milyon manatlıq kredit borcu ilə bağlı iş üzrə yeni qərar qəbul edib.

Hakim Şəmsəddin Abasovun sədrlik etdiyi iclasda Rəfael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.

Belə ki, Abşeron Rayon Məhkəməsi "AG Bank” ASC-nin iddiasına əsasən, R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamədə həmçinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq "AGBank" ASC-nın hesabına ödənilməsi qeyd edilib.

12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi bu il iyunun 14-də "AG Bank” ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.

Qətnamə ilə razılaşmayan Rəfael Cəbrayılov kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib.

Noyabrın 19-da Rəfael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.

Xatırladaq ki, Rafael Cəbrayılovun digər şəxslərə də borcu var. Bu ilin sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib.

R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.//Unikal.org
скачать dle 11.3

Son xəbərlər