Mojo.az Banner
SON DƏQİQƏ
11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib?

22.11.2019 19:37 1 814
Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib?
Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə çoxlarının diqqətini çəkməyən bir məqam var.

Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə həmin məqama diqqət yetirilməyib?

Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu Azər Maksudov Bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin:

“O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”.

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.//oxu.azскачать dle 11.3

Son xəbərlər