Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pərvin Abıyeva: "Heç bir kişinin başı üçün deyil ki, mənə nəsə aldığını desin" - VİDEOMÜSAHİBƏ

18.11.2019 20:43 3 190
Pərvin Abıyeva:
Məşhur aktrisa Pərvin Abıyeva Azxeber.com-a müsahibə verib.

Həmin müsahibəni tədqim edirik:

- Pərvin ən çox müzakirə edilən aktrisasız. Sizcə bunun səbəbi nədir?
- Mən olduğum hər yerdə müzakirə edilirəm, bu təkcə aktrisalıqla bağlı deyil. Özümü gözəl hesab etmirəm. Ancaq çox sanslıyam ki, Allah mənə hər bir şey verib. Əgər belədirsə, niyə də özümü gözəl deməyim? Amma özüm də bilirəm ki, cazibə qüvvəm var. Mənim qəşəng bir də şarmım var. Çox cəlbediciyəm (gülür)

- Bəzi məşhurlar gözəl qalmaq üçün estetik əməliyyata üstünlük verirlər. Bəs siz necə?
- Bədənimdə estetik əməliyyat demək olar ki, yoxdur. Burnumda və dodağımda var. Botoks və üz dartma kimi şeylərim də yoxdur. Dodağımda da iz olduğu üçün kosmetoloqla məsləhətləşib, etmişəm.

- Özünüz məşhur olsaz da ailənizi hər zaman mediadan kənar tutursuz. İndiyə kimi onları görən olmayıb...
- Seçdiyim sənətdən dolayı, məndə özgüvən çoxdur. Bir az da ruhumda azadlıq var, bunu gizlətmirəm. Bundan dolayı insanlar hər zaman məni qınayırlar, pis mənada qələmə verirlər. İçimi, məni bilib tanımadan qınayırlar, söyürlər. Əgər bu gün cəmiyyətimiz bu vəziyyətdə olmasaydı, hamını daş-qalaq edib, şər atmasaydılar, babal yumasaydılar ailəmi gizlətməzdim. Mən düşünərdim ki, niyə ailəmi gizlədim. Mənim işimi və özümü gözəl qəbul edirlərsə, nəyə görə mənim ailəmi qəbul etməsinlər. Mənim valideynlərimə nələrin deyildiyini, nələrin yazıldığını bilirsiz. Bir sözlə, məni iyrəndiriblər. İstəmirəm mənə görə onların adlarına söz gəlsin. Ailə mənim yaralı yerimdir. Bu gün mənə desələr ki, qardaşın üçün canın ver, heç düşünmədən verərəm. Qardaşım ali təhsillidir. Öz savadı ilə universitetə girib, hətta xaricdə təhsil alır. İnformasiya Texnologiyaları üzrə mütəxəsisdir. Bildiyiniz kimi o sahədə pul və ya tapşırıq keçmir.

- Qardaşınız da çox vaxt müzakirə olunur...
- Mən özüm onu buralardan uzaq tuturam. Səbəb bir az mən, bir az da insanların düşüncə tərzidir. Qardaşım 11-ci sinifi bitirdikdən sonra şəhəri tanıyıb. Qardaşımı efirə çıxartsam onun üstündə dava, qırğın olacaq. Filmlər, reklamlar, kliplər və model təklif alacaq. O çox yaraşıqlı və istedadlıdır.

- Adınız daha çox məmur övladları ilə hallanır...
- Tanınmışlar içində ən çox mənim adım məmur övladları ilə hallanır. Mən bununla qürur duyuram. Sevinirəm ki, məni məmur övladları ilə bir tuturlar. Daha demirlər ki, Pərvinin məmur sevgilisi var, "həci"si var və ya 40-50 yaşlı biznesmenlə sevgilidir. Qoy desinlər ki, məmur övladı və ya biznesmən övladı ilə sevgilidir. Çünki bu adamlar öz pullarını yox, atalarının pulllarını yeyir. Deyə bilməzlər ki, Pərvinə pul vermişik, nəsə almışıq. Bu kimi sözlər mənə yaddır. El dili ilə deyə bilərəm ki, heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm. "Maşın" şounun ikinci iştirakımdan sonra çox tanınmış məmur tərəfindən zəng gəldi ki, sizə bahalı avtomobil hədiyyə edir. Qəbul etmədim, həmin an sevdiyim insan da yanımda idi. Bu mənim xatekterimə uyğun deyil.

- Bəs münasibətdə nəyə üstünlük verirsiz?
- Həddində artıq həssas insanam. Mala, mülkə önəm verən insan deyiləm. Mənim üçün əsas diqqət, qayğı və nəvazişidir.

- Son vaxtlar sosial şəbəkələrdə çox passivsiz...

- Bilirsiz niyə? Çünki indi kimə baxırsan hamı blogger, model və aktrisa olub. Adamın əsl aktrisa və modellərə ürəyi ağıyır. Sosial şəbəkələr mənə çox maraqsız gəlir, artıq ora çox az-az daxil oluram".скачать dle 11.3
Mojo.az Banner