18:48 10 yaşlı uşağı maşın vurdu - Vəziyyəti ağırdır  |     18:30 Merkel Krımın ilhaqı zamanı Ukraynadan müqavimət göstərməməyi xahiş edib  |     18:13 Fəzail Ağamalının oğlu: "Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm"  |     17:50 Heyvan bazarları bağlandı - Ət qıtlığı olacaq?  |     17:45 Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi  |     17:40 Küləkli hava ilə bağlı - Xəbərdarlıq  |     17:19 Bəzi çaylardan sel keçəcək  |     17:09 "Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra BAKINI TƏRK EDİB - Zaxarova AÇIQLADI  |     16:57 Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxs yeddi il azadlıqdan məhrum edilib  |     16:46 Ana Vətən Partiyasının qurultayındakı qalmaqalın VİDEOSU  |     16:45 Kamçatkada zəlzələ baş verib  |     16:34 Ötən gün axtarışda olan 136 nəfər saxlanıldı  |     16:12 Mobil telefonlar bahalaşacaq - Video  |     16:01 Rusiyanın Belqorod su anbarının bəndi ciddi zədələndi: Təxliyə elan edildi  |     15:50 Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu  |     15:37 Sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs TUTULDU  |     15:21 Bricit Makron Fransanın rəsmi vergi portalında kişi kimi qeydə alınıb  |     15:14 Yük maşını iribuynuzlu mal-qaranı vurdu  |     15:09 Dələduzluq edən şəxslər saxlanıldı  |     15:08 Ukrayna Rusiyanın əsas enerji yarımstansiyalarından birinə hücum edib  |    

Bakıda qulaqları boynunda, ağzı olmayan uşaq necə doğulub? - ARAŞDIRMA + VİDEO

Anomaliyalı uşağın dünyaya gələcəyi hamiləlik dövründə ortaya çıxır. Ya hamiləlik dövründə həkimə müraciət edilməyib, ya da həkim səhlənkarlığı olub.

Bu sözləri pediatr Vaqif Qarayev son günlər qəribə görünüşlə dünyaya gələn uşaqla bağlı cəmiyyətdə gedən geniş müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, bu, sadəcə, genetik pozuntudur:

“İnsanlar qəbul etməsə də, belə hallar daha çox qohum evliliklərində meydana çıxır. Bir nəsildə olmasa belə, nə zamansa bu, özünü büruzə verəcək. Belə hallar genetik mutasiya zamanı baş verir. Bu, irsi faktorla da bağlı ola bilər, hamiləlik zamanı qadının həyat tərzindən də asılıdır.

Sözün düzü, məlumatlı deyiləm ki, həmin qadın hamiləlik dövründə həkim müayinələrinə gedib, yoxsa getməyib. Çünki ola bilməz ki, müayinə zamanı bu məqam bilinməsin. Həkim bunu təyin edib valideynə məlumat verir ki, belə bir döl inkişaf edir. Artıq uşağın dünyaya gəlməsi və ya hamiləliyin sonlandırılması qərarını valideyn verir. Cəmiyyətdə uşağın fotolarını görənlər təəccüblənirdi, sosial şəbəkələrdə şahid olmuşam.

Amma genetik xəstəliklərin də risk faktorları var. Məsələn, irsiyyətdə hər hansı genetik faktor varsa, hamiləlik zamanı ana ağır fiziki iş görəcəksə, radiasiyaya məruz qalacaqsa, normal gedişatdan əlavə, xüsusi həkim nəzarətində saxlanılmalıdır.

Eyni zamanda, irsi genetik xəstəliklərin yoxlanılması üçün müxtəlif analizlər var. Hətta bu gün daun sindromunun da təsbit edilməsi üçün analizlər mövcuddur. Ona görə, açığı düşünmürəm ki, bunu həkim bilsin, amma deməsin. Elə hamilələr var ki, doqquz ayda heç doqquz dəfə həkimə getməyib.

Doğum zamanı da ya bu cür anomaliyalar olur, ya uşaq, ya da ana həyatını itirir. Mən demirəm ki, həkimlərdə səhlənkarlıq yoxdur, amma hər bir halda bu məqam araşdırılmalıdır”.

V.Qarayev anomaliya ilə dünyaya gələn uşağın vəziyyətinin enerji içkiləri ilə bağlı olabilmə ehtimalının əsassız olduğunu deyib:

“Ümumiyyətlə, enerji içkilərinin nəsilartırma məsələsinə təsirinin olması elmi cəhətdən sübut edilməyib. Amma enerji içkilərinin insanlarda, xüsusilə də uşaqlarda mədə-bağırsaq sisteminə, ürəyə, eləcə də, mərkəzi sinir sisteminə kifayət qədər ziyanı var”.

Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayımlamayıb.

Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az-a açıqlamasında hadisənin dövlət yox, özəl klinikalardan birində olduğunu deyib:

“Çünki bu hadisə özəl klinikada baş verib, ora bizim müdaxilə etməyə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu, anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görüb.

Bizi həmin özəl klinikaya çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub. Belə anomaliyalar nadir olsa da, tibbdə rast gəlinir. Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub. Bu anomaliya hamiləliyin üçüncü ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır”.

Unikal.org saytında isə sözügedən körpənin Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyaya gəldiyi yazılıb. Məsələ ilə bağlı Xəstəxananın Doğum Şöbəsinin müdiri Zəhra Abbasova açıqlama verərək, körpənin nə üçün bu şəkildə dünyaya gəldiyini müəyyənləşdirə bilmədiklərini deyib:

“Körpə keçən həftə dünyaya gəlmişdi. Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. Uşaq bir gün də yaşamadı. Körpənin valideynləri sağlam insanlardır. Onların birgə nikahdan iki azyaşlı övladı da var”.

Qeyd edək ki, bakıda doğulan qız uşağının qulaqları boynunda olub. Körpənin ağzı olmayıb.
/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 339 15.11.19 14:37