Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Elmar Məmmədyarov: Ermənistan rəhbərliyinin bəyanatlar bölgədə gərginliyə xidmət edir

14.11.2019 22:16 1 820
Elmar Məmmədyarov: Ermənistan rəhbərliyinin bəyanatlar bölgədə gərginliyə xidmət edir
Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfiri Dan Stavı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən verilən məlumata görə, səfir D.Stav diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar.

Nazir ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı. Nazir, həmçinin Ermənistanın işğalçı siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına şərəflə geri qayıtmasının vacibliyini vurğuladı.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

E.Məmmədyarov səfir D.Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.//Baku.wsскачать dle 11.3

Son xəbərlər