Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

İçərişəhərdə daha bir tarixi bina təmir olunacaq

09.11.2019 22:16 2 559
İçərişəhərdə daha bir tarixi bina təmir olunacaq
İçərişəhərdə daha bir bina təmir olunacaq.

Bu barədə Sputnik Azərbaycan-a "İçərişəhər" Dövlət Tarix – Memarlıq Qoruğundan məlumat verilib.

Xəbərdə bildirilir ki, "İçərişəhər" Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində Böyük Qala küçəsi 53 nömrəli ünvanda yerləşən binanın təmiri işlərinə başlanılacaq. Qoruqdan bildiriblər ki, bununla bağlı tender də elan olunub. Tender iştirakçılarına təklif edilib ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər. Müqavilənin icra müddəti 2019-cu ilin dekabrın 20-nə kimidir. İddiaçılar tenderdə iştirak üçün lazımi sənədləri dekabrın 2-ə saat 16:00-a, tender təklifi və bank təminatı sənədlərini isə dekabrın 10-a saat 16:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 16:00-da açılacaq.скачать dle 11.3
Mojo.az Banner