Mojo.az Banner
Son Xəbərlər
13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfəri şəxsi xarakter daşıyıb" — Rusiya XİN

08.11.2019 21:46 2 270
“Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.
Median.Az
bildirir ki, report-un Rusiya bürosu xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfərilə bağlı bəyanatında yer alıb.

Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadığı da qeyd olunub.
“Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”, - Rusiya XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

Son xəbərlər