Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

SON DƏQİQƏ! Azərbaycanda maye qazın qiyməti qaldırıldı - FOTO

08.11.2019 18:17 9 068
SON DƏQİQƏ! Azərbaycanda maye qazın qiyməti qaldırıldı - FOTO
Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) yaranan maye qaz (LPG) qıtlığı aradan qaldırılır, artıq "Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.

Median.Az
xəbər verir ki, bu barədə "Azpetrol” şirkətindən bildirilib.

Şirkətdən deyilib ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 qəpiyə qaldırılıb.

"Qiymət təchizatçı tərəf olan "Məişət Maye Qaz” zavodunun bizə satdığı qiymət əsasında formalaşıb”, - deyə "Azpetrol”dan bildirilib.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "APA-Economics"ə bildirib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir.

"Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər", - deyə İ. Əhmədov qeyd edib.

İ. Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".

"Məişət Maye Qaz” QSC-dən isə bildirilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: "Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.

"SOCAR Petroleum” şirkətindən isə bildirilib ki, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: "Hazırda "Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.

Son xəbərlər