Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yaşı 30-u keçmiş, uşaqlı xanımları işə götürməyən şirkət sahibləri şərəfsizdir" — Kamil Zeynallıdan SƏRT AÇIQLAMA

07.11.2019 21:57 2 940
“Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur”.

Median.Az
bildirir ki, bunu tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı big.az-a müsahibəsində bildirib. Sərt açıqlamalar verən idmançı onu da bildirib ki, əgər bir gün böyük şirkəti olsa, fiziki qüsurlu şəxsləri işə götürər:

“Türkiyədə oteldə olarkən diqqətimi bir şey çəkdi. Təmizlik işinə baxan qız daun sindiromlu idi. Sakit-sakit işini görürdü. Belə hallara mən Türkiyədə çox rast gəlmişəm. Dünya ölkələrinin bir çoxunda əlliliyi olan şəxsləri cəmiyyətdən təcrid etmirlər . Əksinə onları işə cəlb edirlər. Bu mənim çox xoşuma gəldi və çox da təsirləndirdi. Kaş dünyada insanların hamısı daun sindiromlu olardı. Bu çox yaxşı olardı. O zaman dünyada cinayət, müharibə, kasıbçılıq, paxıllıq olmazdı.Onların çox gözəl və xoş auraları var. Adama müsbət təsir edir. Lakin bizim ölkədə işə qəbul edən şirkət sahibləri, adətən kişilər belə insanları işçi kimi görmək istəmirlər. Onlar ancaq 30 yaşa qədər olan, qamətli və gözəl xanımları işə götürür. Heç oğlanları da işə götürmürlər. Niyə? Çünki şəxsi maraqlarını güdürlər. İş adı ilə çağırırlar baxırlar xarici görünüşünə, sonra da axşam zəng edib görüşə dəvət edirlər. İşi qurursansa, kişi kimi qur və idarə et. Bu xarici görünüş sənə nə verəcək? Axı, o sənin işini apara bilməyəcək. Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur. Bunlar işə götürdükləri xanımı həm də şəxsi həyatlarına qatırlar. İş başqa olmalıdır, şəxsi həyat başqa. Belə şərəfsizlər çoxdur. Bəli, işini bu tərzdə quran şirkət sahibləri şərəfsizdir. Mən bir reklam postuna çəkilmişdim. İki diplomu olmasına bamayaraq işsiz qalan gəncdən bəhs olunurdu. Bu belələrinə bir ismarıc idi”.скачать dle 11.3
Mojo.az Banner