Mojo.az Banner
22:07 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     21:23 ABŞ Futbol Federasiyası FIFA-nın idarəetmə strukturunda dəyişikliklərə çağırdı  |     21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |     20:45 Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi  |     20:10 "Qəbələ" braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb  |     19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |     17:53 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:36 Səhər oyanan kimi telefona baxanların nəzərinə  |     17:29 DİQQƏT! - Bakıda 9 marşrutun hərəkət sxemi dəyişdirildi  |     17:26 PSJ Ferran Torresi almaq istəyir  |     17:18 Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri  |     17:11 İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi - FOTO  |     17:01 "AYB-nin poliklinikası sovet dövründən qalıb" — SORĞU  |     16:41 Yasamalda açıq sahə yanır  |     16:40 FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi  |    
Left Banner
Right Banner

“Sirus hesabıma özünü reklam etməsin” - Nazilə Səfərli

07.11.2019 20:36 3 132
“Sirus hesabıma özünü reklam etməsin” - Nazilə Səfərli
Şairə Nazilə Səfərlinin plastik-cərrah Siruz Qoçxani tərəfindən əməliyyat olunması barədə xəbər yayılıb. Məlumatda bildirilib ki, o, liposaksiya və buxaq əməliyyatı etdirib. Bunu mediadan gizlətmək üçün isə əməliyyat otağına üzüörtülü şəkildə girib.

Median.Az
xəbər verir ki, N.Səfərli haqqında çıxan xəbərlərlə bağlı Axşam.az-a danışıb. O, məlumatı yayan həkimi qınayıb:

"Bugünədək çoxsaylı əməliyyatlarım olub. Bunun ağrısını mən çəkirəmsə, xəbərini siz niyə bilməlisiniz ki? Hamı mənə deyir ki, arıqlamısan? İki il bundan öncə Damlaynan Qazaxıstana gedəndə istifadə etdiyim libası Fədayənin (müğənni Fədayə Laçın - red.) gecəsinə geyindim. Həmin paltar əynimə oldu: nə dar, nə də gen. Nəyim arıqlayıb?".

Şairə bildirib ki, yalnız buxağında liposaksiya əməliyyatı etdirib:

"Sirus Qoçxaninin də bu əməliyyat üçün pulunu vermişəm. Özünü hesabıma reklam etməsin. Zəng etdim ki, Sirus həkim, bu, nə məsələdir? Kiminsə anası, bacısı, həyat yoldaşıyam. Nə üçün paltarlarımı horizontal, frontal çəkib qoymalıdırlar? Zəkamla pul qazanıram, bədənimlə yox. Bu hərəkət xoşuma gəlmədi. Dedi ki, "Mən etməmişəm. Xəbəri yazan sayt hər zaman əlehimə informasiya yayır". Dedim ki, axı səni tərifləyiblər, pisliyinə heç nə yazılmayıb.

"Üç ay öncə oğlum qəzaya düşəndə sizin klinikada digər həkim oğlumun həyatını qurtarmışdı. Bununla bağlı heç bir xəbər çıxmadı" deyə, ona sual ünvanladım. Bilirəm ki, heç bir həkim təmənnasız reklam olunmaz. Mən uşağam? Bu günədək heç bir həkimə pulsuz nəsə etdirməmişəm. Bundan öncə digər plastik-cərrahların yanında neçə dəfə əməliyyatım baş tutub. Onları niyə xəbər etməyiblər? Söyləyir ki, azərbaycanlı həkimlər mənim qədər reytinq vermir. Görün nə gündəyik ki, azərbaycanlı həkimlərə hörmət qoymuruq. Ayıb olsun bizə!

Sözümün canı odur ki, istər mən, istər Xatirə İslam, istərsə də Afaq Gəncəli olsun: Hamısı Azərbaycanın sevilən xanımlarıdır. Həyatıboyu inanmaram ki, Xatirə və ya digərləri əməliyyatını paylaşmağa icazə versin. Həkimə reytinq lazımdırsa, külli miqdarda pul ödəsin, onu reklam edək.

Əgər hansısa əməliyyata pul verib girmişiksə, söyləməmək haqqımızdır. Üzümü örtmüşəm ki, görməsinlər. Bunu da mən Bulvarda, ya da şadlıq sarayında etməmişəm. Əməliyyata girəndə yanımda Sirus, onun xanımı və anestezioloq olub. Bunu üç nəfərdən biri deyib, göydən düşməyib ki? Ayıbdır! İnsan bir sirr saxlayar, peşə sirrinə hörmət edər. Bundan ötrü müqavilə imzalamısan. Neyləyim indi? Məhkəməyə verim, biabırçılıq olsun?!".
скачать dle 11.3
Mojo.az Banner