Mojo.az Banner
SON DƏQİQƏ
14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhalinin ən çox narazı olduğu icra başçıları — SİYAHI

02.11.2019 22:55 1 602
Əhalinin ən çox narazı olduğu icra başçıları — SİYAHI
Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib. Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəzlənib.

Median.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, proses yalnız bu rayonlarla məhdudlaşmayacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər. Hətta mümkündür ki, proses daha kütləvi hal alsın. Çünki bu dəfəki dəyişikliklərdə təkcə yaş deyil, fəaliyyət də əsas götürülür.

Bildirilir ki, yaşlı icra başçıları ilə yanaşı fəaliyyəti qənaətbəxş olmayan, əhalinin daha çox narazılıq etdiyi rayon və şəhər rəhbərləri də əvəzlənəcək.

Ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib. Həmin məlumatda bəzi rayonlardan o cümlədən Balakən, Göyçay, İmişli, Qazax, Sabunçu, Tərtər, Ucar və Zaqataladan daxil olan müraciətlərin sayının artdığı bildirilir.

Bu məlumatdan sonra bəzi rayonların icra başçıları dəyişdirilsə də yuxarıda qeyd olunan rayonların rəhbərləri yerində qaldı. İndi belə ehtimallar səsləndirilir ki, həmin rayonların icra başçıları da yola salına bilər.

Balakənin icra başçısı İslam Rzayev 2011-ci ildən bu vəzifədə işləyir. Vaxtaşırı onunla bağlı mediada neqativ materiallar dərc edilir.

Göyçayın icra başçısı Mehdi Səlimzadə 2016-cı ildən bu vəzifədədir. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində çalışıb.

İmişlinin icra başçısı Vilyam Hacıyev 2012-ci ildən bu rayona rəhbərlik edir. O, bundan əvvəl 6 il Samux rayonunun, 2 il isə Göygöl rayonunun icra başçısı olub. İnternet ressursları Vilyam Hacıyev barəsində yazılan tənqidi materiallarla zəngindir.

Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Onunla bağlı da şikayətlərin çox olduğu bildirlir.

Tərtərin icra başçısı Müstəqim Məmmədov 2014-cü ildən, Ucarın icra başçısı Mənsur Məmmədov isə 2015-ci ildən bu vəzifədədir. Onlar da əhalinin narazılıq etdiyi icra başçıları kateqoriyasına daxildir. Hər halda internet resurslarında onlar barəsində mənfi materialların sayı digərlərindən az deyil və yazılanların heç biri təkzib olunmayıb. Mənsur Məmmədov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur.

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə 2009-cu ildən rayona rəhbərlik edir. O, bundan əvvəl Qaxın icra başçısı olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin adı vaxtaşırı korrupsiya əməliyyatlarında hallandırılır.скачать dle 11.3

Son xəbərlər