Mojo.az Banner
Left Banner
Right Banner

Pakistan Prezidentinin xanımı Bakını gəzdi

26.10.2019 18:27 2 020
Pakistan Prezidentinin xanımı Bakını gəzdi
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən Pakistan Prezidenti Arif Alvinin xanımı Samina Alvi oktyabrın 26-da Bakı şəhərinin görməli yerləri ilə tanış olub.

Median.Az xəbər verir ki, tanışlıq Dənizkənarı Milli Parkdan başlayıb. Pakistanın birinci xanımına Bakı Bulvarı haqqında məlumat verilib.

Sonra tanışlıq Yusif Səfərov küçəsi ilə davam edib. Burada qonaq Müasir İncəsənət Muzeyi ilə tanış olub.
Şəhər gəzintisi zamanı Samina Alvi Heydər Əliyev Mərkəzi, Muzey Mərkəzi, Alov Qüllələri kompleksi, eləcə də Şəhidlər xiyabanının tarixi barədə məlumatlandırılıb.

Bakı şəhəri ilə tanışlıq qonaqda zəngin təəssürat yaradıb.скачать dle 11.3
Mojo.az Banner