Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iş adamını güllələyən "Hozu Rauf"un məhkəməsi başlayır

25.10.2019 16:55 4 283
Bakıda iş adamını güllələyən
Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayon sakini Rauf Şirinovun (1974-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, qətl bu il iyunun 14-nə keçən gecə saat 1 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib. Aralarında davam edən ədavət nəticəsində Rauf Şirinov "Vinçester" markalı ov tüfəngindən atəşlər açaraq yeznəsi Şərur rayon sakini Ramiz Məmmədovu (1972-ci il təv.) güllələyib və hadisə yerində keçinib. Zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, orada ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə Sabunçu RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, Rauf Şirinovun tutulması istiqamətində
əməliyyat-axtarış tədbirləri başlanılıb. İyunun 17-də "Hozu" ləqəbli ilə tanınan Rauf Şirinov Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi Şirinov idarə etsə də, Bakıda fəaliyyət göstərən 84 və 113 №i avtobusların marşrut xətləri mərhum Məmmədova məxsus olub.

Yaxın günlərdə məhkəmədə iş üzrə hazırlıq iclası keçiriləcək.скачать dle 11.3

Son xəbərlər