Mojo.az Banner
SON DƏQİQƏ
18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu marşrutların hərəkət istiqamətləri DƏYİŞDİRİLİR

24.10.2019 13:50 1 817
Bu marşrutların hərəkət istiqamətləri DƏYİŞDİRİLİR
Oktyabrın 25-26-da Bakı şəhərində "Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə görə 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

5 nömrəli marşrut 20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə, "N.Nərimanov” metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi üzrə hərəkət edəcək.
11 nömrəli marşrut isə S.Rəhimov küçəsi ("28 May” metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti üzrə, Əbilov küçəsi istiqamətində Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə hərəkət edəcək .
Eyni zamanda, tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcəkdir. Sərnişin avtobusların hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

"Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki,bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə edərək ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər", - qurum bəyan edib.
скачать dle 11.3

Son xəbərlər