Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevdiyi qadını öldürüb, intihar etmək istəyən şəxs 13 il cəza alıb

23.10.2019 15:55 3 461
Sevdiyi qadını öldürüb, intihar etmək istəyən şəxs 13 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Fərhad Abuşovun (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il iyunun 7-də Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Arif İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri ilə paytaxt sakini Kəmalə Mikayılovanın (1981-ci il təv.) meyitni aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, qadın yaxın münasibətdə olan Fərhad Abuşov tərəfindən öldürülüb. Hadisədən sonra o, Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq intihar etmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra Abuşov fikrindən daşınıb və yerə düşərək, təslim olub.

İstintaqla müəyyən edilib ki, Bayıl qəsəbəsində kirayədə yaşayan Fərhad Abuşov 2016-cı ilin yanvar ayından sosial şəbəkədə Kəmalə Mikayılova ilə tanış olub, aralarında sevgi münasibətləri yaranıb. Öz arvadından ayrılaraq sonuncu ilə birlikdə yaşamaq istəsə də, qadın buna razı olmayıb. 2019-cu il iyunun 7-i səhər saat 11 radələrində Bayıl qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən “Azərişıq” ASC-nin yarımstansiyasının yaxınlığında görüşərkən, Kəmalənin ondan ayrılmaq istədiyini və evlənməkdən imtina etdiyini bildirib. Qadının onu aldatması, ona görə ailəsinin dağılması, bununla bağlı yaxın qohumlarının içində hörmətdən düşməsi səbəbindən Mikayılovaya qarşı nifrət hissi yaranıb. İstintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib, üzərində gəzdirdiyi ov bıçağı ilə zərərçəkmişin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vuraraq, onu qəsdən öldürüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər