Mojo.az — elanlar
Son Xəbərlər
20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan ABŞ-ın Dövlət Departamentinə və Konqresinə rəsmi məktublar ünvanlayıb

22.10.2019 20:56 1 293
Azərbaycan ABŞ-ın Dövlət Departamentinə və Konqresinə rəsmi məktublar ünvanlayıb
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ konqresmenlərinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib.

O, "Report"un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşlarına münasibətdə eyni yanaşma tətbiq olunur: "ABŞ Konqresinin üzvləri Frenk Pallon və Ceki Spier bir neçə il bundan öncə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdikləri üçün adları “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşlar” siyahısına daxil edilmişdi. Bu yaxınlarda qanunsuz səfər edən Judi Çunun adı da sözügedən siyahıya daxil edilib. Konqresin bu üzvlərinə münasibətdə Azərbaycan ərazisinə giriş məhdudiyyəti tətbiq edilməklə yanaşı, bu məsələ ilə bağlı narazılıqlarımız Dövlət Departamentində və Ağ Evdə keçirilən görüşlər zamanı tərəfimizdən qaldırılıb. Ölkəmizin ABŞ-dakı səfirliyi Dövlət Departamenti və Konqresə rəsmi məktublar ünvanlayıb".

Biz hiss edirik ki, Administrasiyanın özü də Konqres üzvlərinin ABŞ-ın rəsmi siyasətinə uyğun gəlməyən və təxribat xarakterli addımlarından məyusdur. Faktiki olaraq, Konqresin bəzi ermənipərəst üzvlərinin bu kimi məsuliyyətsiz davranışı ABŞ siyasətinə zidd olmaqla yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədri qismində bu ölkənin, ümumilikdə, sülh prosesindəki səylərinə xələl gətirir. Baxmayaraq ki, bir müddət öncə Konqresin üzvü Judi Çu bölgədə dayanıqlı sülhü görmək istədiyini bəyan etsə də, təəssüf ki, elə onun öz hərəkətləri sülh perspektivlərini və ABŞ-ın vasitəçiliyini zəiflədir. Bizə aydındır ki, işğal edilmiş ərazilərimizə gedən Konqres üzvlərinin səfəri Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib", - deyə L.Abdullayeva qeyd edib.

Son xəbərlər