Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Xərçəng xəstəliyi dünyanın bütün regionlarında vaxtsız ölümün əsas səbəbi olaraq qalmaqdadır

18.10.2019 21:46 1 810
Xərçəng xəstəliyi dünyanın bütün regionlarında vaxtsız ölümün əsas səbəbi olaraq qalmaqdadır
2018-ci ildə Avropada 4 milyona yaxın insan xərçəng xəstəliyinə tutulub, təxminən 2 milyon nəfər onkoloji xəstəliklər nəticəsində vəfat edib. Xərçəngin Avropa ölkələrində geniş yayılan növləri döş, ağciyər və prostat xərçəngidir. Ağciyər xərçəngi bütün növlərdən ən təhlükəlisi hesab edilir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar xərçənglə mübarizə üzrə Nur-Sultanda keçirilən dünya sammitində təqdim olunan "Xərçəng atlası"nda göstərilir.

"Xərçəng atlası" çap və elektron şəkildə nəşr olunan illik tədqiqatdır. Atlasda onkoloji xəstəliklər, onların səbəbləri, fəsadları, həmçinin onlara qarşı mübarizə tədbirləri barədə son qlobal göstəriciləri tapmaq mümkündür. Tədqiqatı Dünya Səhiyyə Təşkilatının (DST) bölməsi - Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentlik aparır. Layihəyə Amerika Onkologiya Cəmiyyəti və Beynəlxalq Xərçəngəleyhinə Birlik tərəfindən dəstək verilir.

Tədqiqatlara əsasən, Rusiya, Belarus, Moldova və Ukraynada xərçəngin ən geniş yayılmış növü ağciyər xərçəngidir. Bununla belə, Moldovada xərçəng xəstəliyindən ölüm hallarının ən yüksək səviyyəsindən biri qeydə alınıb: orada bu xəstəlikdən ölüm halları kişilər arasında 22 faiz təşkil edir.

Ümumilikdə, Avropada bu xəstəliyə tutulma halları az sürətlə də olsa, artmaqda davam edir. Avropanın əksər ölkələrinin hər üç sakinindən biri 75 yaşına kimi xərçəng xəstəliyinə tutulur. Bu xəstəlik nəticəsində baş verən ölüm halları Avropada azalsa da, xərçəng xəstəliyi dünyanın bütün regionlarında vaxtsız ölümün əsas səbəbi olaraq qalmaqdadır.

Mütəxəssislər bildirirlər ki, risk amilləri arasında əsası siqaretçəkmədir. Ekspertlərin hesablamalarına görə, dünyada 1,1 milyard siqaretçəkən var. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, hazırda dünyanın 55 ölkəsində artıq 1,5 milyard insan tütünəleyhinə qanunvericiliklə müdafiə olunur. Müqayisə üçün deyək ki, 2008-ci ildə bu göstərici 400 milyon nəfər təşkil edib.

Tədqiqata görə, piylənmə və artıq çəki problemi ilə bağlı onkoloji xəstəliklərə tutulma hallarının miqdarı bütün dünyada artır. Aşağı gəlirə malik Asiya və Afrika ölkələrində xərçəngin əsas səbəbi infeksiyadır. Daha bir risk amili isə havanın çirkləndirilməsidir.скачать dle 11.3
Mojo.az Banner