Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019 13:07 4 188
Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək
Ukrayna “Eurovision” üçün yenilənmiş seçim qaydalarını təqdim edib. Yeni qaydalara görə, yalnız 2014-cü ildən bəri Rusiyada çıxış etməyən və yaxın gələcəkdə bunu etməyi planlaşdırmayan sənətçilər 2020-ci ildə keçiriləcək yarışmada ölkəni təmsil edə biləcəklər.

Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Zurab Alasania bildirib ki, “Eurovision”da ölkəni təmsil edən ifaçının nəinki istedadlı olmalı, eyni zamanda, məsuliyyəti tam dərk etməli, Ukrayna cəmiyyətinin mövqeyini, dəyərlərini bölüşməlidir.

Beləliklə, yeni qaydalara uyğun olaraq Ukraynadan yarışmaya kimin getməyəcəyini dəqiq deyə bilərik: Verka Serdyuçka, Svetlana Loboda, Ani Lorak, İvan Dorn, MARUV, Alekseev və bir çox digər məşhur ifaçılar.

Keçən il Ukrayna, ümumiyyətlə, “Eurovision”a qatılmayıb.

Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayaraq, qalib gələn MARUV Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Eurovision”dan imtina etdiyini bildirmişdi.

MARUV İctimai Televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırmışdı. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina etmişdilər.скачать dle 11.3
Mojo.az Banner