Mojo.az Banner
19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Tolikdən Araz Musayevə cavab: "Qarabağa getmək lazımdır, Suriyaya yox"

15.10.2019 20:46 2 469
Tolikdən Araz Musayevə cavab:
Xəbər verdiyimiz kimi, 9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Araz Musayev Türkiyə Prezidentinə Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirib və Suriyada Türk əsgəri ilə birgə terrorçulara qarşı döyüşmək üçün razılığın verilməsi məqsədilə Türkiyə Səfirliyinə müraciət etdiyini deyib.

Rəcəb Tayyib Ərdoğan isə tanınmış idmançının müraciətinə məmnunluqla cavab verib və "Biz gedərik, Siz də gələrsiniz" sözlərini deyib.

Tanınmış teleaparıcı və prodüser Azxeber.com-un rəsmi instagram səhifəsində paylaşılan bu xəbərə maraqlı şərhlə cavab verib.

"Qarabağa getmək lazımdır, Suriyaya yox. Bizimkilərin belə şirinliyindən olmaya. Allah şəhidlərimizə rəhmət eləsin" deyə yazıb.

скачать dle 11.3
Mojo.az Banner