Mojo.az Banner
13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər - FOTO/VİDEO

15.10.2019 19:50 2 768
Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər - FOTO/VİDEO
Ötən gecə “Maşın” şouda aparıcı və aktrisa Kəmalə Piriyevanın yetərincə səs toplamayıb, oyunu tərk etməsi saysız-hesabsız müzakirələrə səbəb olub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, K.Piriyevanın oyundan çıxması bir çox məşhurun, xüsusilə, prodüser Tarix Əliyev (Tolik) və müğənni Rəqsanə İsmayılovanın lap ürəyincə olub. Kəmalənin oyunda hədəfi olan Lalə Mustafayevanın qələbə qazanaraq finala çıxmasını prodüser Tarix Əliyev “İnstagram” hesabında özünəməxsus şəkildə şərh edib:

“Amma Allah böyükdür? hərdən elə yıxır ki... Lalə, sən səs istəmə, çünki sənə xalq səs versə də, başqaları xalqın sevgisindən danışmasın”.

Prodüserin yazdığı kinayəli və ikibaşlı şərhi izləyicilər birmənalı qarşılamayıblar. Onlar Tarix Əliyevin bu yolla Kəmalədən acıq çıxdığını yazıblar.


Daha sonra K. Piriyevanın oyundan çıxma xəbəri müğənni Rəqsanə İsmayılovanın da qulağına çatıb. Bu xəbəri eşidər-eşitməz müğənni “İnstagram” hesabında video paylaşaraq, Kəmalənin oyununu və şoudan çıxmasını ələ salıb:

“Ürəyimdə sözlər var, onları əziz tamaşaçılar sizə çatdırmaq istəyirəm. Birdən sonra mətbuatda yazılar ki, bəs, nə oldu deyirdin ki, maşın filankəsindir. Maşın elədir, maşın belədir. “Maşın”da dünən yaşananlara bələd deyiləm, çünki izləməmişəm. Sadəcə, mənə çatan söhbətlərdən bildiyim qədər Kəmalə “Maşın” şounu tərk edib. Yadıma düşür ki, nəyisə çox istəyəndə anam mənə nanəli konfet verib deyirdi ki, qızım alabu nanəli konfeti saxla özündə, sabah nə istəsən, onu sənə alacağam. “Maşın”da yaşananlar 5 yaşım olanda yaşadığım hadisələri xatırlatdı. Oyunda çox gözəl ssenari quruldu. Göz dəyməsin. Onsuz da deməyə ehtiyac yoxdur, bu zatən belə olmalı idi. Göydə Allah hər şeyi görür. Xalq, millət, tamaşaçı da öz gözləri ilə yaşananların şahidi oldu. Artıq adamların pulları çatmadı, bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər. Eybi yoxdur, növbəti “Maşın” şouda çatar pulları. Amma bunlar oyundur. Mən sözümün ağasıyam. Sona kimi nə demişəmsə, düz demişəm. Hər kəs də bunu gözəl anlayır”.

Daha sonra Rəqsanə “İnstagram” hesabında finala vəziqə qazanan aparıcı Lalə Mustafayevanın fotosunu paylaşıb, ona avtomobilin hallalığını verərək dəstək çıxıb.

Qeyd edək ki, Kəmalə Piriyevanın bir neçə gün öncə avtomobildən əlini çəkməsi kadrları sosial mediada yayılar-yayılmaz müzakirələrə səbəb olub. Həmin görüntüləri “Instagram” səhifəsində paylaşan Aysun İsmayılovanın anası müğənni Rəqsanə İsmayılova layihə rəhbəri Xalq artisti Murad Dadaşova mesaj yollayıb: “Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin buna diqqət verərsiniz”.скачать dle 11.3
Mojo.az Banner