Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO

15.10.2019 13:33 7 182
Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO
Azərbaycanda efirdə hələ doğulmamış uşağın ana tərəfindən başqasına hədiyyə verilməsi ilə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında müğənni Dəniz dünyaya gələcək övladını ana ola bilməyən həmkarına verəcəyini bildirib. Müğənninin bu sözləri tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

“İkinci dəfə ana olmağa hazırlaşıram. Oğlum olsa, onu Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm”, - deyə müğənni qeyd edib.

Uşağın başqa birinə hədiyyə verilməsi doğrudurmu? Bu cür hadisələr hansı hallarda baş verə bilər?

Oxu.az-a danışan “Təmiz Dünya“ İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ana uşağını hədiyyə verə bilməz:

“Uşaq əmlak deyil. Bunu yalnız dövlət orqanları müəyyənləşdirə bilər. Uşaq böyüyəndə özü kimlə yaşamaq istədiyi barədə qərar verməlidir.

Uşağın hədiyyə verilməsi zorakılığın ən pis formasıdır. Satmaqla hədiyyə verməyin nə fərqi var? Bu uşağı ya dünyaya gətirməsinlər, ya da özləri böyütsünlər. Dövlətə də verə bilərlər. O zaman dövlət uşağın qayğısına qalacaq.

Hesab edirəm ki, belə getsə, bu hallar haqqında cinayət tərkibi müəyyən olunacaq. Çünki uşaqların qanunsuz verilməsi cinayətdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, uşaqların doğulduqdan sonra kiməsə verilməsi övladlığa götürmədir:

“Bu hal daha çox qohumlar arasında baş verir. Uzun illər övladı ola bilməyən cütlüklər qohumlardan kömək istəyir. Belə ki, biri digərinin uşağını övladlığa götürür”.

скачать dle 11.3
Mojo.az Banner