Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Arvadını "İnstaqram"da təhqir edən şəxsi öldürən ər 10 il cəza alıb

11.10.2019 12:27 4 623
Arvadını
Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon sakini Sahib Nadirovun (1997-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, hadisə iyunun 10-da Sumqayıt şəhərinin 1-ci mikrorayon ərazisində qeydə alınıb. Qarın nahiyəsindən kəsici-deşici xəsarət alan 24 yaşlı Cəlilabad rayon sakini Faiq Cəfərov xəstəxanada vəfat edib. Araşdırma aparan Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Sahib Nadirov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Sahib Nadirov 2019-cu ildə Günel Daşdəmirova ilə ailsə qursa da, tanışı və əvvəllər sonuncu ilə sevgi münasibətində olan Faiq Cəfərov ondan əl çəkməyib. Yolda görəndə, arxasınca gedib, yenidən münasibət yaratmağa çalışıb, “instaqram” sosial şəbəkəsində fərdi adlarla qadına təhqiramiz və hədələyici sözlər yazıb.
Bu məsələyə aydınlıq gətirmək üçün iyunun 10-u saat 23 radələrində Sumqayıt şəhəri 1- və 2-ci mikrorayon ərazisində yerləşən "TopAz" mərc oyunları həyətindəki kafedə
Faiq Cəfərovla görüşüb və arvadından əl çəkməsini tələb edib. Çayxanadan çıxandan sonra Sahib qisas niyyəti ilə üzərində gətirdiyi məişət təyinatlı qayçı ilə Faiqin qarın nahiyəsinə 1 zərbə endirib və oradan qaçıb. Aldığı xəsarətdən Cəfərov ayın 11-i səhər saat 7 radələrində Bakı şəhərində, 3 saylı klinik xəstəxanada vəfat edib.

Məhkəmənin hökmü ilə təqsriləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

скачать dle 11.3

Son xəbərlər