Mojo.az Banner
Son Xəbərlər
22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gündə bir siqaret bu dəhşətli xəstəliyi yaradır - Diqqətli olun!

05.10.2019 22:23 4 211
Gündə bir siqaret bu dəhşətli xəstəliyi yaradır - Diqqətli olun!
Siqaret günümüzün ən aktual mövzularından biridir. Həm insan sağlamlığına, həm də maddi durumuna zərər vurur. Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən olur.

Median.Az
medicina.az-a istinadən bildirir ki, bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır. Siqaretin tərkibində 470 ədəd kimyəvi maddə vardır ki, bunun da 69 ədədinin xərçəng hüceyrələrini bədəndə aktivləşdirdiyi elm tərəfindən müəyyən edilmişdir. Bundan başqa siqaret çəkən şəxslərdə bürqer xəstəliyi yaranır.
Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.

Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir.

Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.

Xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.

Xəstəliyin əvvəlində insanda ayaqlarda və əllərdə qan dövranının pozulmasının simptomları inkişaf etməyə başlayır - ayaqlar və əllər soyuq olur, keyiyir, qarışda yeriməyi hissi yaranır, barmaqlarda həssaslıq itir, barmaqlar göyərir, ağrılar, qıcolmalar əmələ gəlir. Qan dövranının pozulması barmaqların uclarından başlayır və sonra yuxarı - qola və ayağa yayılır.

Ayaqların damarları zədələndikdə insan axsamağa başlayır. Xəstəlik inkişaf etdikcə ətraflarda ödemlər inkişaf edir, dərinin vəziyyəti pisləşir, rəngi dəyişilir, dəridə xoralar əmələ gəlir. Xəstəliyin ən təhlükəli ağırlaşması - qanqrenadır (bədənin bir yerində toxumaların çürüməsi). Qanqrenanın yeqanə müalicə üsulu zədələnmiş hissənin kəsilməsidir.

Xəstəliyin diaqnostikası zamanı damarların doppler USM-i, angioqrafiya (arteriyaların rentgeni) istifadə olunur.

Bürqer xəstəliyi olan insan mütləq siqaret çəkməkdən imtina etməlidir. Əks halda xəstəlik inkişaf etməkdə davam edəcək və nəticədə ətrafların amputasiyasına (kəsilməsinə) səbəb olacaq. Xəstəyə xüsusi müalicə (spazmolitik, qanduruldan, toxumalarda metabolizmi yaxşılaşdıran və s. preparatlar) təyin olunur. Ayaqlarda xoralar və qanqrena olmayan xəstələrə gün ərzində bir neçə dəfə 20-30 dəqiqə ərzində piyada gəzmək tövsiyə olunur. Konservativ müalicə kömək etmədikdə cərrahi müalicə tətbiq oluna bilər.

скачать dle 11.3

Son xəbərlər