Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək |
Mojo.az Avto
Mojo.az Avto

Məmmədyarov: Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! - FOTO

05.10.2019 15:54 4 624
Məmmədyarov: Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! - FOTO
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.

O, Azərbaycana ilk dəfə Dünya Kubokunu qazandıran Teymura qələbəsinə görə təşəkkür edib:

“Azərbaycanın kişi sahmatçılarının qazanmadığı cəmi altı rəsmi nəticə qalıb:

1. Fərdi dünya çempionluğu; 2. İddiaçılar turnirinin qalibi; 3. Blitz üzrə dünya çempionluğu; 4. Komanda üzrə dünya çempionluğu; 5. Şahmat Olimpiadası; 6. Şəxsi Avropa çempionluğu. Bu nəticələr olsa, Azərbaycan şahmatının zəif yeri olmayacaq.

Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! Növbəti bir il ərzində bu turnirlərdən beşinin olacağına inanıram. Təbriklər!”

Qeyd edək ki, əvvəllər Azərbaycanın kişi millisi komanda şəklində üç dəfə Avropa çempionu ola bilib. Şəhriyar Məmmədyarov isə 2013-cü ildə məhz Xantı-Mansiyskdə rapid üzrə dünya çempionu olub.

Onu da bildirək ki, Dünya Kubokunun 1/8 finalında məhz Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu məğlub edib.
/oxu.az/

Son xəbərlər