Mojo.az Banner
19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |     18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qəribə hadisə: Sosial şəbəkədə “rahat davranışına” görə döyüldü

04.10.2019 23:51 2 233
Bakıda qəribə hadisə: Sosial şəbəkədə “rahat davranışına” görə döyüldü
Bir qrup silahlı şəxs Bakı sakinini sosial şəbəkədə çox “rahat davranışına” görə döyüb. Mobil telefonla prosesi lentə alan xuliqanlar ondan pul tələb ediblər.

Median.Az
-ın məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.

Hələlik yalnız oktyabrın 2-si saat 14:00-da özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən Fərid paytaxt sakini 1994-cü il təvəllüdlü Sənan Aslanova zəng vurması məlumdur.

Belə ki, o S.Aslanovdan 2-ci Alatava küçəsinə gəlməsini istəyib. Deyilən əraziyə gələn zərərçəkən bir neçə nəfərdən ibarət qrupla qarşılaşıb.

Sonra onlar hər biri maşınlara minərək Xırdalanda yerləşən oyun zalına gediblər. Burada S.Aslanova fiziki təzyiq göstərilib. Özünü kəşfiyyat nümayəndəsi kimi təqdim edən Fərid ona “Makarov” tipli tapança doğruldub.

Təcavüzkarlar S.Aslanovdan sosial şəbəkədə yazdığı şərəf və ləyaqətə toxunan təhqirlərə görə üzr istəməsini tələb edib. Onlar əks təqdirdə Aslanovu güllələyəcəkləri ilə hədələyiblər.

Sonra xuliqanlar zərərçəkmişi başqa bir otağa gətirib və ona bədən xəsarəti yetiriblər. Proses mobil telefonlarla lentə alınıb. Daha sonra Aslanovdan oktyabrın 3-ü saat 17:00-a qədər 200 manat gətirməsi tələb olunub. Cinayətkarlar tələb yerinə yetirilmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Oktyabrın 3-də zərərçəkən Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Üstəlik, hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, cinayət yerindən əldə olunan materiallar istintaq üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil veriləcək.

Zərərçəkən bir neçə şəxsin adını çəkib: Rauf, Ülvi, Fərid, Röyal, Bayram. Hazırda müstəntiqlər silahla pul tələb etmək və cinayətin digər detallarını öyrənmək məqsədilə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi üzərində işləyir.скачать dle 11.3
Mojo.az Banner