Mojo.az Banner
16:35 Bazar ertəsi bütün "iPhone 17" modelləri bahalaşa bilər: Nə baş verir?  |     16:34 Gürcüstanda dövlət bayraqları yarıya endirildi  |     16:33 Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır  |     15:55 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı  |     15:33 Çimərliklərə üz tutan VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ  |     15:31 Lionel Messinin atası vəfat edib  |     14:45 Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb  |     14:32 Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq  |     14:27 “Toy xərclərini, qızılı, cehizi zəruri sayanlar evlənməsə yaxşıdır” — Deputat  |     14:20 Qarpız pendir-çörəklə yeyiləndə zərərlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     14:15 Britaniyadan Vaşinqton Sammiti ilə bağlı BƏYANAT  |     14:09 Ən çox turist bu rayona gedib  |     14:07 Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi  |     13:42 Rusiyadan Ermənistana buğda və daş kömür daşıyan yük qatarı Biləcəridən yola düşüb  |     13:37 Qobustanda "Hyundai" işıq dirəyinə çırpıldı: Ölən var  |     13:30 Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı  |     13:25 Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər - Video  |     13:18 Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb? - Video  |     13:13 Xocavənddə traktor minaya düşüb  |     13:06 Ağdaşda azyaşlının nişan mərasimi ilə bağlı münaqişə araşdırılır  |    
Left Banner
Right Banner

Tanınmış müğənni evindən oğurluq edən Səbinəni bağışladı: "Onu həbs etməyin"

03.10.2019 23:10 1 478
Tanınmış müğənni evindən oğurluq edən Səbinəni bağışladı:
Tanınmış müğənni Fuad Musayev evindən oğurluq edən şəxsi bağışlayıb.

Median.Az
xəbər verir ki, müğənni bir neçə şəxslə əlbir olaraq evini qarət edən Səbinə Atakişiyevanı əfv edib.

O "Maşın şou”nun canlı efirində bu haqda danışıb: Onu qadın olmasına və anasının üzr istəməsinə görə bağışlayıram. Xahiş edirəm, onu tutmayın”

Xatırladaq ki, ötən həftə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan estrada müğənnisi Fuad Musayevə məxsus mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb

Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib.

Səbail RPİ-in Cinayət Axtarış Şöbəsi və 8-ci PB əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib.

Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb.

Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir.//azxeber.comскачать dle 11.3
Mojo.az Banner