Mojo.az Banner
13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |    
Mojo.az Avto
Mojo.az Avto

“Maşın” şounun məşhur qalibləri - SİYAHI

01.10.2019 15:11 2 990
“Maşın” şounun məşhur qalibləri - SİYAHI
Ölkənin ən qalmaqallı və bahalı televiziya layihəsi “Maşın” şou efirə qayıdır. Xalq artisti, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti-şousunun növbəti buraxılışı bu gündən etibarən yenə də ATV-də yayımına başlayacaq.

“Maskarad” adlanan şou “Maşın”ın 18-ci buraxılışı olacaq. Həmişə olduğu kimi, bu dəfə də “Maşın”da 18 məşhur sima bahalı avtomobil uğrunda qızğın mübarizə aparacaq.

Oxu.az 2005-ci ilin oktyabr ayından start götürən, böyük auditoriyaya malik “Maşın” şouda finala çıxıb, iradəsi nəticəsində qalib gələn məşhurların siyahısını təqdim edir.

Sözügedən realiti şounun üç sürətində yalnız sadə vətəndaşlar iştirak edib. Sonradan verilişi daha da maraqlı etmək üçün şouya məşhurlar dəvət olunub.

Bir il sonra 2006-ci ilin mayında start götürən “Maşın”ın dördüncü “Ulduzlu gecələr” sürətinin qalibi Əməkdar artist Rafael İsgəndərov olub.

Həmin ilin oktyabrında efirə “Payız əfsanəsi” sürəti ilə qayıdan şouda avtomobili aparıcı Turan İbrahimov aparıb.

2007-ci ilin martında “Korrida” sürətinin qalibi “Şeron” qrupunun üzvü Ülvi Cəfərov olub.

Şounun yeddinci “007” sürətində Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ilə finala qalan bəstəkar-müğənni Murad Arif əzimkarlıq nümayiş etdirərək qalib gəlib.

2008-ci ildə “Maşın”ın səkkizinci sürəti “Dəhşət” adlandırılıb. Şouda sona qalan Rəşad Haşımov ilə Könül Kərimovanın dözümlülük sınağı xanım iştirakçının qələbəsi ilə nəticələnib. Maşın K.Kərimovaya qismət olub.

Realiti-şounun doqquzuncu “Qızıl həyəcanı” sürətində avtomobildən sonuncu əlini çəkərək adını qaliblər arasına yazdıran isə müğənni Əlikram Bayramov olub.

Tanınmış meyxanaçı Sadıx Mustafayev də “Maşın”da qalib gələn məşhurlardandır. O, şounun sayca onuncu “Transformer” sürətini avtomobil əldə edərək başa vurub.

11-ci “Revanş” adlanan sürətdə “KVN”nin məşhur üzvü Vado Korovin ilə finala kimi mübarizə aparan aktyor Müşfiq Şahverdiyev ona qalib gəlib.

Şounun 12-ci “Möhtəşəm” adlı sürətində DJ Çina finalda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə yarışıb və ona qalib gəlib.

13-cü “Daha bir nağıl” adlı sürəti isə təhlükəli anlarla yadda qalıb. Belə ki, finala meyxanaçı Rəşad Dağlı və müğənni Xatirə İslam çıxıb. Meyxanaçının böyrəklərindəki problemə görə həkimlər ona şoudan uzaqlaşmağı məsləhət görüblər. Nəticədə isə Xatirə qalib gələrək, şounu avtomobillə tərk edib.

Maşının 14-cü “Qarşıdurma”sında sona aktyor Elcan Rəsulov həmkarı İslam Mehrəliyevlə qalıb. Elcan əlini avtomobildən çəkərək, İslama qalibiyyət yaşadıb.

Şounun 15-ci sürəti qalmaqallı anlarla yadda qalıb. “Xanımlar və cənablar”ın finalına müğənni Xatun Əliyeva ilə həmkarı Talıb Tale çıxıb. Dözümlülük nümayiş etdirən Talıb şounun qalibi olub.

Avtomobil uğrunda mübarizəyə qoşulub, layihənin 16-cı sürəti “Xanımlar və cənablar - 2”nin finalına çıxan bloqer Hüseyn Əzizoğlu ilə müğənni Roza Zərgərli olub. Rozaya “mama” deyən Hüseyn final oyununda ona o qədər əsəbiləşib ki, hətta bir məkanda qalmaqdan belə imtina edərək, avtomobildən əlini çəkib. Hüseynin bu hərəkəti Rozaya qalibiyyət sevinci yaşadıb.

“Hind kinosu” adlanan 17-ci sürətin finalına iki aparıcı Ranar Musayevlə Xəyalə Quliyeva çıxıb. Aralarında gedən qızğın mübarizədə Xəyalə qalib gələrək, şounu avtomobillə tərk edib.скачать dle 11.3
Mojo.az Banner