Mojo.az Banner
21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |     19:42 Qobustanda "Hyundai" dirəyə çırpıldı, sürücü öldü  |     19:37 Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər (VİDEO)  |     19:29 Bu dərmanı içənləri 20 il sonra təhlükə gözləyir – Professordan XƏBƏRDARLIQ  |     19:24 İstidə idman edənlərə xəbərdarlıq  |     19:16 Bu səhvi edənlər yayda daha çox kommunal ödəniş edir  |     19:11 Pulu evdə bu yerlərdə gizlətməyin  |     19:03 Həm tox saxlayır, həm çəki artırmır: 9 sağlam qida  |     18:58 Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir – XƏBƏRDARLIQ!  |     18:51 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib  |     18:46 Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı  |    
Left Banner
Right Banner

“Maşın” şouda qalibə hansı avtomobil veriləcək?

01.10.2019 14:31 5 730
“Maşın” şouda qalibə hansı avtomobil veriləcək?
Budəfəki şounu digərlərindən fərqləndirən onun sonuncu olma və tarixə düşmə ehtimalının olmasıdır.

Bunu oxu.az-a açıqlamasında “M Group Production”ın rəhbəri, Xalq artisti Murad Dadaşov bu gündən başlayan “Maşın” şou ilə bağlı yenilikləri şərh edərkən deyib.

“Bu gündən teleməkanın ən qalmaqallı və səs-küylü şousu – “Maşın” efirə qayıdır. Şou həmişə öz fərqliliyi və uğurları ilə seçilib. Bu, tək mənim deyil, “M Group Production” komandasının uğurudur. Çünki işçiləri belə seçərkən həmişə kreativ düşüncəsi, fərqli baxışı, yeni, gənc düşüncəsi olan insanlara üstünlük verilir.

Bəlkə də, bu səbəbdən neçə ildir ki, şou öz maraqlı görüntüsü, dizaynı və ən əsası, formatı ilə fərqlənib. Bu dəfə də yeniliklər olacaq. Şounun adının “Maskarad” seçilməsi təsadüfi deyil. Adından da göründüyü kimi, tamaşaçıları təntənəli bayram ab-havası gözləyir.

Eyni zamanda, bu şou son illərin axırıncı maşını ola bilər. Çünki “M Group Production” şou ilə bağlı bir müddətlik fasilə verməyi planlaşdırır. Hələlik bunun axırıncı “Maşın” şou olmasını istəyirik.

“Maşın” ən reytinqli və uzunömürlü proqramlardan biridir. Amma ola bilər ki, tarixə düşsün. Çünki yeni layihələr üzərində işləyəcəyik. Amma konkret adlar çəkə bilməyəcəyəm. Çünki dəqiqləşdikdən sonra açıqlama olacaq”, - deyə Murad Dadaşov qeyd edib.

Xalq artisti bildirib ki, şouda şəxsən özünün dəvət etdiyi iştirakçılar var:

“Bu hal hər dəfə baş verir. Bəzi iştirakçıları prodüserimiz deyil, mən dəvət edirəm. Hətta birbaşa şəxsən özlərinə zəng edib dəvət etdiklərim də olur. Çox vaxt şounun niyə yalnız tanınmışlar arasında keçirildiyini soruşanlar olur. Adi vətəndaşlar arasında da şounun keçirilməsini istəyirlər. Amma bu şou kommersiya layihəsidir.

“Maşın” kiçik məbləğlərin hesabına başa gəlmir. Biz heç kimə maşın paylamağı düşünmürük. Çünki bu xeyriyyə aksiyası deyil, əyləncəli şoudur. İnsanları iki saatlıq olsa da, öz problemlərini unudub bu şounu izləməyə dəvət edirik.

Ümumiyyətlə, tamaşaçıların çoxluğu üçün də tanınmışların olması mütləqdir. Düzdür, üç dəfə adi insanların iştirakı ilə baş tuta şounun da reytinqi pis olmayıb. Amma tanınmışların iştirakı ilə olan şounun reytinqi, təbii ki, 2-3 dəfə artıq olur.

Qeyd edim ki, iştirakla bağlı təklifimizə yox deyən ulduzlar da olur. Bu, normal haldır. Çünki hər kəsin öz işləri ola bilər. Şou ərzində prodüserimiz bir-bir istədiyimiz tanınmışlarla əlaqə saxlayır. Ondan sonra komanda ilə birgə vaxtı olanlar arasında qərar veririk.

Komandamızın hər bir üzvü belə şouda kimləri görmək istədiyini açıqlayır. Çünki əməkdaşlarımızın fikirləri həm də tamaşaçı nöqteyi-nəzərindən bizim üçün maraqlıdır. Hər kəsin tərzi, düşüncəsi fərqlidir. Ona görə də biz bütün fikirləri müzakirə edib sonda qərar veririk.

Amma şou başlayanda hər dəfə yeni simalara, daha çox müzakirə olunan şəxslərə üstünlük verməyə çalışırıq. Elə tanınmışlar var ki, onlar gündəmdə olmasa belə iştirakı vacibdir. Şouda bir ulduzun bir neçə dəfə iştirak etməsinin də müəyyən səbəbləri var.

Bəzən iştirakçının özü bizə müraciət edir. Özüm şəxsən canlı efirdə dəvət etdiklərim də olur. Məsələn, ötən maşınlardan birində meyxanaçı Ələkbər Yasamallı ilk gün bilmədən əlini çəkdiyi üçün özüm şəxsən onu canlı efirdə növbəti şouya dəvət etmişdim”.

Murad Dadaşov əlavə edib ki, bu dəfə şoudakı avtomobil “Opel” markası olacaq:

“Maşının qiyməti 50 min manatdan az deyil”.

скачать dle 11.3
Mojo.az Banner