Mojo.az Banner
20:27 Bakıda külək ağacı aşırdı  |     20:23 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı - CANLI  |     20:20 Nizamidə abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi (VİDEO)  |     20:14 Ratko Mladiç ölüb  |     20:05 Buna görə 70 manat dövlət rüsumu alınacaq  |     20:00 Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO  |     19:55 Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağına etiraz edir  |     19:48 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi  |     19:43 Şəhid anası vəfat edib  |     19:37 Azərbaycana bu iki ölkədən daha çox turist gəlir  |     19:30 Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir - VİDEO  |     19:25 4 il məzuniyyət götürmədən işlədiyi hoteldən təzminat almadan işdən çıxarıldı - VİDEO  |     19:16 Təhsil alanların hərbi möhləti bu halda ləğv ediləcək  |     19:11 Azərbaycanda tələbə buna görə 500 manat cərimə olundu  |     19:04 Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə  |     18:58 Onlar 2033-cü ilə qədər bu rüsumlardan azaddır  |     18:53 Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı  |     18:45 Bu yumurtalarda təhlükəli bakteriya aşkarlandı  |     18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |     18:34 Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin  |    
Left Banner
Right Banner

Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib — Yeni detallar

27.09.2019 22:38 1 702
Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib — Yeni detallar
Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır.
Median.Az
qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Yenisabah.az-a Rafael Cəbrayılovdan şikayətçi olanlardan biri verib. Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, Elşən Cəbrayılov Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir.

Məlumatda deyilir ki, tikinti biznesinə yatırılan pullar Azərbaycandan ayrı-ayrı vətəndaşlardan alınan borclar və banklardan götürülən kreditlərdir. Elşən Cəbrayılovun Türkiyədə işlərinin necə getdiyi barədə dəqiq məlumat yoxdur. Lakin iddialara görə, Rafael Cəbrayılov borclularla danışarkən qardaşını ittiham edirmiş. Bildirimiş ki, bu oyunları onun başına qardaşı açıb.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.скачать dle 11.3
Mojo.az Banner