Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə ŞOK OLAY: Ərli qadını evindən qaçırdılar - VİDEO/FOTO (YENİLƏNİB)

25.09.2019 19:47 1 545
Gəncədə ŞOK OLAY: Ərli qadını evindən qaçırdılar - VİDEO/FOTO (YENİLƏNİB)
Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyindən hələ də xəbər yoxdur.

Belə ki, sentyabrın 21-də axşam saatlarında işdən evə qayıdan Ramin Hüseynov həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb.
Oxu.Az-ın bölgə müxbiri çəkiliş zamanı evdə həqiqətən də əşyaların ələk-vələk edildiyinin şahidi olub.

Mətbəx qapısının şüşəsi də sındırılıb. Görünür, biçarə qadın mətbəxə sığınmaq istəyib, ona hücum edən isə pəncərəni sındıraraq, qapını aça bilib və bu zaman əlini yaralayıb.

Evdən oğurlanan qadını qonşular sakit və namuslu qadın kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatdırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.

Bəzi xəbər portallarında hadisə barədə gedən yanlış məlumatlar da ailəni narahat edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər