35 yaşlı kişinin başına dəmir parçası düşüb.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə ayın 21-də axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” mühafizə idarəsində bədbəxt hadisə baş verib.
İdarədə mühafizəçi çalışan 1984-cü il təvəllüdlü E.M. növbədə olarkən başına dəmir parçası düşüb.
O, aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.