Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

MDB-nin kəşfiyyat rəhbərləri Kazanda toplanır

23.09.2019 12:51 3 556
MDB-nin kəşfiyyat rəhbərləri Kazanda toplanır
Bazar ertəsi Kazanda MDB ölkələrinin təhlükəsizlik agentlikləri və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı iclası keçiriləcək.

Bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

MDB kəşfiyyat rəhbərlərinin forumunu müşavirə orqanının sədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açacaq. Görüşdə tərəflərin Birlik bölgəsində sabitliyin və təhlükəsizliyin artırılması üçün qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyəcəkləri gözlənilir.

Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri kəşfiyyat mübadiləsinin yaxşılaşdırılması, daxili və xarici təhdidlərin effektiv şəkildə qarşısının alınması üçün əməkdaşlığın forma və istiqamətlərinin qeyd olunduğu memorandum imzalamaq niyyətindədir.

Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edəcək.

Plenar iclasın açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, İcraiyyə Komitəsinin sədri - MDB İcra katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri, general-polkovnik Sergey Besedanın iştirakı gözlənilir.скачать dle 11.3

Son xəbərlər