Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb

21.09.2019 18:05 1 520
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb
Bu gündən 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun ikinci turuna start verilib.

Nazirlikdən verilən məlumata görə, namizədlər 22 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq turda iştirak edə bilərlər.

Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.//milli.az
скачать dle 11.3

Son xəbərlər