Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gömrükdə 300 minlik əməliyyat - FOTO/VİDEO

19.09.2019 12:41 3 665
Gömrükdə 300 minlik əməliyyat - FOTO/VİDEO
Gömrükçülər xeyli miqdarda aksiz markasız alkoqollu içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin davamlı şəkildə Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumat əsasında Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsindəki 1-ci yaşayış massivində əməliyyat-axtarış tədbirləri keçirilib. Bu zaman ərazidə yerləşən evin qarşısındakı “Ford Tourneo Connect” markalı avtomobildən müxtəlif növ alkoqollu içkilərin həmin evin həyətinə daşınması müşahidə edilib.

Avtomobilin sürücüsü Xankişiyev Zaur Vəzirağa oğlu və Ənvərli Elgün Tahir oğlu alkoqollu içkiləri evin həyətinə yığarkən saxlanılıblar. Avtomobildə isə aksiz markasız 161 ədəd müxtəlif markalı və həcmli alkoqollu içki aşkar edilərək götürülüb.

Bununla belə, əməliyyat-axtarış tədbirləri davam etdirilib. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivindəki sözügedən ünvana baxış keçirilib.

Bu zaman evin həyətindəki ikiotaqlı tikilinin saxlanc otağında, tikilidəki məişət əşyalarının içərisindən və torpaq sahəsində basdırılmış şəkildə aksiz markasız müxtəlif adda və həcmdə 1286 ədəd alkoqollu içki, evin damında isə aksiz markasız müxtəlif adda 20.600 ədəd siqaret aşkar olunub.

Aşkar olunan külli miqdarda alkoqollu içki və tütün məmulatının ümumi dəyəri təxminən 300 min manatdır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən Bakı şəhər sakini Tamrazov Cəbrayıl Hüseyn oğlu ifşa edilərək təhqiqata cəlb olunub.

Hazırda isə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.









скачать dle 11.3

Son xəbərlər