Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ — "Qızlarımızı gəzib buraxmayın!" - VİDEO

18.09.2019 20:31 2 805
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ —
"Cavanlarımıza çağırış edirəm, səslənirəm, xahiş edirəm; qızlarımızı gəzib buraxmayın! Qızlar bizim anamızdır, namusumuzdur, qeyrətimizdir!"

Bu sözləri tibb elmləri namizədi Rəşid Mahmudov Xəzər TV-nin "Səni axtarıram" proqramında səsləndirib.

Median.Az xəbər verir ki, 2 yaşında anası tərəfindən atılan və atasının erməni sevgilisi tərəfindən böyüdülən Elcanın taleyi Rəşid Mahmudovu bu sözləri deməyə məcbur edib. R.Mahmudov erməni qadınla həyat yoldaşına xəyanət edən Rafiqin hərəkətini pisləyib:

“Ay qadınlar, ərinizi ovcunuzda saxlayın. Quşdu, pırr edib, uçacaq. Bax, həmin kişilərdəndir. Erməni qadın çəkib yanına. O kişi də gözümdən düşdü. Kişilərin çoxu gözümdən düşdü. Onsuz da mən hər şalvar geyinənə kişi demirəm. Belə hesab edirəm ki, bizim kişilərdə çox günahlar var.
Kəmalə xanımla evlənirsən, gecə də gedib erməninin qucağında yatırsan. Sən nə kişisən?! Kişisənmi?!"
Qeyd edək ki, vaxtilə Gəncədə yaşayan Lyubov İvanovna adlı erməni qadın Rafiq adlı kişi ilə sevgili olub. Bu səbəbdən ailəsi dağılır və həyat yoldaşı 2 yaşlı övladlarını onların üstünə atıb. Lyuba sevgilisinin oğluna sahib çıxır. Qarabağ münaqişəsindən sonra Elcanın atası Raqiflə birikdə Azərbaycanı tərk edib Rusiyanın Rostov şəhərinə köçür. 1985-ci ildə 2 yaşındaykən ananın imtina etdiyi, daha doğrusu erməni qadınla sevgili olan atasının üstünə atılan Elcan doğma anasından imtina edib. Erməni qadının saxlayıb-böyütdüyü, tərbiyə verdiyi azərbaycanlı artıq 37 yaşındadır.

Lyuba Xoşqədəm Hidayətqızına müsahibəsində bu sözləri deyib:
"Rafiq toy gecəsi Kəmaləni evdə qoyub mənim yanıma gəlmişdi. Mən onu təhqir edib qovdum. Düzdür, getdi, amma bir neçə gündən sonra geri döndü. Amma bu dəfə Raqifi qova bilmədim. Bilirsiniz, əəgər insan bir insanı sevmirsə, onu orada zorla saxlamaq olmaz. Ürəyə hökm etmək mümkün deyil. Məcbur olub Rafiqi qəbul etdim. Onsuz da bu ailənin axırı yox idi. Gec-tez dağılmalı idi və dağıldı da. Burada mənim heç bir günahım yoxdur. Heç bir milli münaqişə bizim bir yerdə olmağımıza mane ola bilmədi. O, məni sevirdi, mən də onu. Elcan onun oğludur, onun qanıdır, eyni zamanda mənim oğlumdur. Onlar ayrılanda Elcanın 2 yaşı vardı". (baku.ws)скачать dle 11.3

Son xəbərlər