Mojo.az Banner
23:02 Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb  |     22:49 Yaşlı qadına qarşı təcavüzdə ittiham olunan 26 yaşlı gənc həbs edildi  |     22:48 Tibbi-meteoroloji proqnoz açıqlandı  |     22:45 Azərbaycan kubokunda finalçılar müəyyənıəşdi  |     22:35 Gəncədə baş verən yanğın söndürüldü  |     22:15 Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:04 Azərbaycanın güləşçisi Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb  |     21:52 Brent markalı neftin qiyməti 102 dolları ötüb  |     21:42 Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq  |     21:40 Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - Video  |     21:05 Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib  |     21:01 AFFA 3 komandanı texniki məğlubiyyətlə cəzalandırdı  |     20:54 Ukraynaya 90 milyard avroluq kredit ayrıldı  |     20:49 Məşhur reper faşist adlandırıldı - Konsertləri ləğv edilir  |     20:41 Azərbaycan millisinin baş məşqçisi işdən çıxarıldı  |     20:36 Bazarlarda bu məhsullar UCUZLAŞDI - Video  |     20:30 Bu ölkədə qida məhsullarında Çernobıl izləri tapıldı  |     20:24 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı  |     20:17 Bu, dünyanı qida fəlakətinə aparır  |     20:12 Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi  |    
Left Banner
Right Banner

Flora Kərimova: O, Samir Bağırovu aradan götürmək üçün əlindən gələni etdi

11.09.2019 19:10 2 393
Flora Kərimova: O, Samir Bağırovu aradan götürmək üçün əlindən gələni etdi
Son illər ifaçılıq sənətinə yiyələnmiş gənc nəslin incəsənətin orta və yaşlı nəslin nümayəndələri ilə qalmaqalları tamaşaçılar tərəfindən heç də xoş qarşılanmır. Bu halların sayı isə günü-gündən artır.

Bir neçə gün əvvəl saytımıza açıqlamasında məşhur müğənni Samir Bağırov da bu mövzu ilə bağlı fikirlərini sərt şəkildə bildirmişdi:

"Gənc ifaçılar başa düşməlidirlər ki, onlar da nə vaxtsa yaşlanacaqlar və etdikləri hörmətsizlik qarşılarına çıxacaq. Həyat bumeranqdır. Onlar hələ bunu başa düşmürlər. Yalnız reklam dalınca qaçırlar. Yaşlı sənətkarlara cavab qaytararaq, bu şəkildə özlərini məşhurlaşdırıb, gündəmə gəlirlər. Bu, biabırçılıqdır".

Nəsillər arasında gedən "müharibə"nin səbəblərini araşdırmaq üçün Oxu.Az-ın əməkdaşı incəsənət aləmində artıq sözünü demiş Xalq artisti Flora Kərimova ilə söhbət edib:

"Səhnə tərbiyəsiz insana düşməndir. Səhnə güzgüdür. Onlar millət qarşısında məsuliyyəti hiss etmirlər. Bunu bütün gənclərə şamil etmək olmaz. Bir insan tərbiyəsizdirsə, özünə hörmət etmirsə, böyük-kiçik bilmirsə, bu cür davranmağın ilk növbədə onun öz ləyaqətini aşağı saldığını və xalq arasında hörmətsiz etdiyini başa düşmürsə, bu adama nə demək olar?!

Onu necə tərbiyə etmək olar?! Ona necə izah etmək gərəkdir ki, özünə pislik edirsən?!

Sənin gözünü yumub, ağzını açdığın o hədəfin səndən öncə hörmət qazanıb, hörmətini saxlaya bilib, bu günə kimi o, milləti ilə hesablaşıb, milləti özünə ağsaqqal sayıb. Hər addımına cavabdeh olan insanı gözdən sala bilməzsən. Əksinə, özün gözdən düşəcəksən.

Cırmaq-cırmaq səhnədə qalmaq mümkün deyil. Səhnə istedadlı, qabiliyyətli adama dostdur. Qabiliyyəti və qanacağı olmayan istedadlı insana isə yarımdostdur. Onlar millət qarşısında məsuliyyəti hiss etmirlər. Bu millət səni ucaltdıqca ucaldıb, dağın başına qoya bilər.

Əgər bir şeydə büdrədinsə, səni yerə elə çırpar ki, sümüklərin də görünməz".

Xalq artisti illər öncə bir ifaçının Samir Bağırovu iyrənc üsulla səhnədən uzaqlaşdırdığına şahid olduğunu bildirib:

"Samir möhtəşəm müğənni və gözəl insandır. Təəsüflər olsun ki, Bağırovun evini yıxdılar. İllər öncə Samir bir ifaçıya böyük bir rəqib olduğundan, o, əlindən gələni etdi ki, Samiri aradan götürsün. Samirə iyrənc və murdar ləkələr yaxıldı. Görünür, Bağırovun səhnədəki varlığı həmin insanı olduqca narahat edib, ona qarşı bu cür iyrənc addımlar atıb. Həmin insanın adını çəkmək istəmirəm. Amma onu deyə bilərəm ki, Samiri narkotikə meyilləndirib, onu aradan götürməyə nail oldular. Ona kömək etməyə çalışdığımı xatırlayıram və bu işdə Samirə yardımçı ola bildim. Bunu isə o, bu günə qədər unutmur. Hər zaman mənə təşəkkür edir. O, çox yaxşı bir insandır. Amma Samir özünün düşmənidir. Bunu ürək ağrısı ilə deyirəm, Samirdən qat-qat əskik müğənnilər ad alsa da, o yenə də kölgədə qalıb, bir ada belə sahib çıxmayıb. Çünki o, bəzilər kimi üzlü deyil, qapıdan qovulub, pəncərədən girənlərdən deyil".

Müğənni Nadir Qafarzadə də saytımıza açıqlamasında həssas məsələ ilə bağlı fikirlərini bölüşüb:

"Kim özünü necə aparırsa, elə də özünə qarşı münasibət görür. Ömür boyu, elə indi də böyük sənətkarları görən kimi özümü yığışdırıram. Çünki onların səhnə təcrübəsi qədər mənim yaşım var. Biz uşaqlıqdan bu cür tərbiyə almışıq. Böyüyə hər zaman hörmət olub. Amma burada bir məsələ də var ki, yaşlı nəsil nümayəndələri də özlərini elə aparmalıdırlar ki, gənclər onlara hörmət etsin. İndiki gənclərlə o dövrün gəncləri arasında yer-göy qədər fərq var. Bugünkü gənclərdə aqressiya həddən artıq çoxdur. Onların baxdığı filmlər, düşdüyü cəmiyyət, oynadığı oyunlar hamısı gənclərin psixologiyasına təsir edir. Bunları nəzərə alıb gərək onların üstünə çox getməyəsən, hər bir şeyi səhv tutub onları tənbeh etməyin tərəfdarı deyiləm. Amma pərdəni də gözləmək gərəkdir. Əgər hörmətli olmaq istəyirsənsə, pərdəni qoruyub saxlamalısan. O pərdə qalxanda hörmət itir və böyük təlatümlərə səbəb olur. Bir sözlə, hər şey məhv olub gedir.

Özümü gənc ifaçıların yanında elə aparıram ki, onlar mənə hörmətlə yanaşırlar. Özümü gənc hiss edirəm, çünki ətrafımda gənclər çoxluq təşkil edir. Gənclərin içində olanda özüm də gəncləşirəm".

Mövzuya qayıdacağıq.скачать dle 11.3
Mojo.az Banner