Mojo.az Banner
20:29 İyulda Azərbaycanda maksimal temperatur 41 dərəcə olub  |     20:23 Agentlik sədri bu xanıma vəzifə verdi  |     20:16 Bakıda "Ford" yandı  |     20:11 Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək  |     20:02 "Vəziyyəti daha da pisləşib" dedilər, Saakaşvili fotosunu yayımladı  |     19:57 Ana südü niyə əvəzolunmazdır? - AÇIQLAMA  |     19:50 Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb  |     19:45 PSJ-nin ulduzu bu paylaşımı ilə diqqət çəkdi  |     19:39 Prokurorluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir  |     19:31 Azad edilmiş ərazilərdə ötən ay 788 mina aşkarlanıb  |     19:26 Çempionlar Liqası: “Sabah”ın pley-off mərhələsindəki potensial rəqibi bəlli oldu  |     19:21 Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir  |     19:13 7,1 bal gücündə zəlzələ onlarla insanın həyatına son qoydu  |     19:05 Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır  |     19:00 Mərakeş miqrantların İspaniyaya getməsinin səbəbini açıqladı  |     18:52 Yanğınlar Avropaya 3 milyard avro ziyan vurub  |     18:47 Azərbaycan Cənubi Qafqazın ən güclü hava qüvvələrini yaradıb  |     18:29 200 milyon dollar hansı istiqamətlərə xərclənəcək?  |     18:24 Çay kənarında narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı  |     18:15 Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək

09.09.2019 15:55 2 554
Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək
Azərbaycan hökuməti və UNİCEF-lə birgə ölkəmizdə unun zənginləşdirilməsilə bağlı qanun qəbul ediləcək.

Bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, anemiya və digər mikroelementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkələrinin problemidir:

"Bu məsələnin qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həllini qarşılarına məqsəd qoyan ölkələr artıq müəyyən uğurlar əldə ediblər. Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir edə biləcək qanunvericiliyin qəbul edilməsi zəruridir".

O deyib ki, hökumət və UNİCEF-lə birgə Azərbaycanda unun zənginləşdirilməsilə bağlı qanun qəbul olunacaq.

"Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək", - deyə M.Quliyev qeyd edib.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner