Qurd : Mən qətiyyən ulduz xəstəliyinə tutulmamışam. » Median.Az Агентство новостей

Qurd : Mən qətiyyən ulduz xəstəliyinə tutulmamışam.
Qurd : Mən  qətiyyən  ulduz   xəstəliyinə  tutulmamışam.


Müsahibim tanınmış reper Qurd

-Eminov Fərid Nasir oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşam . Ali təhsilimi Azərbaycan Texniki Universitetində almışam. Əslən Cənubi Azərbaycandanam. Evliyəm , bir oğlum var.

-Sizcə Azərbaycanda rep nə səviyyədədir və qəbul olunubmu?

-Səviyyə ortadır, amma məncə yavaş-yavaş qəbul olunub

- Mənə və oxuyucularımıza maraqlı olan bir sualım var, repda reperi narkomaniyaya sürükləyən nədir? Bildiyiniz kimi yerli və dünya şöhrətli reperlərin çoxu narkomandır və hətta dünyasını dəyişən də olub.

-Mən deməzdim. Narkomaniya hər bir sahədə olur. Bilirsiniz , bu pulun çoxluğundan yaranır çox vaxt , yoxluğundan deyil. Düzdü narkoman reperlər çoxdur , amma mən bunun səbəbini məhz replə əlaqələndirməzdim

-Ulduz xəstəliyinə tutulmusunuz deyəsən .

-Yox , bu qətiyyən belə deyil. Bilirsiniz , müəyyən sosial şəbəkələrdə dostluğumda 3000-4000 adam var və bunlardan gün ərzində 1000 nəfəri yazır . Mən də cavab yazanda söz uzanır . Buna da mənim nə vaxtım var ,nə də həvəsim. Yəni bunu dərindən fikirləşsəniz görərsiniz ki, mümkün olan şey deyil. Cavabsız qoyanda da “Ulduz xəstəliyi” deyilən söz meydana gəlir. Amma əslində mən qətiyyən ulduz xəstəliyinə tutulmamışam.

-Aparilan sorğulara əsasən belə məlum oldu ki , ən çox ulduz xəstəliyinə tutulan muğənnimiz Günay İbrahimli və teleaparıcı Nanə Ağamalıyevadır . Bəs sizcə?

-Günay xanım dostumdu , qətiyyən bununla razı deyiləm. Roya xanım da sadə xanımdır. Qaldı ki , Nanə xanım kimdir? Vallah pis çıxsa da onu tanımıram.

-Siz Azərbaycanın tanınan, istedadlı , gözəl xanımı olan Nanə xanımı tanımırsınız?

-Vallah bağışlayın ,o da bağışlasın , tanımıram.

-Sizi tanıdan, sevdirən iki mahnınız oldu. “Rəqs edir hər kəs” və “Tapın onu”. Siz bundan sonra da iddialısınız ,belə sevilən mahnılarınız yenə olacaq?

-Bilirsiniz , mənim oxuduğum ne repdi, nə rokdur. Çox dəyişik , qarışıq bir şeydir. Məni sevdirən də o oldu , qarışıq olması insanlarda maraq doğurdu. Mən həmişə şüurla, ağılla hərəkət etmişəm və mənim belə ağıllı muğənnilərə də hörmətim var. Məsələn, elə mərhum reperimiz Hüseyn Dərya , Aygün Kazımova, Günay İbrahimli və s.

-Planlarınız, yeni klipləriniz haqqında nə deyə bilərsiniz ? Klip demişkən “ Tapın onu” adlı klipinizdə qızla çox səmimi pozalar vermisiniz. Ailənizdə bu problem yaratmadı ki? Və bu klip sizin öz fikriniz idi?

-Bilirsiniz, o klip belə olmasına görə baxışı 123 mini keçdi və bu da bilirsiniz nə deməkdir? Orada da qeyri- adilik var idi. Mahnını sözləri heç də klipin sujet xətti ilə uyğunlaşmırdı . orda tapın onu və tez evləndik kimi sözlər , qız isə yarımçılpaq vəziyyətdə. Bu insanlarda maraq oyatdı. Ümumiyyətlə , qeyri –adliyi sevirəm , şablon olan heç bir şey mənlik deyil. Qadı ki, o pozalar edən qızla mənim aramda heç nə yoxdu. Mənim ailəm də mənə inanır və heç bir problem yaratmadı. Məncə şou-biznesdə ailə bir- birini başa düşməlidi, ya da ayrılmalıdı. Allaha şükür ki, hələ də mənim işimlə bağlı heç bir problem yaranmayıb , ümüdvaram yaranmaz da.

- Siz sənətə gəlməmişdən hansı işlə məşgul idiniz?

-Mən sənətə tələbəlik illərimdə gəldiyim üçün heç bir işlə məşğul olmamışam. Sənətə gəlməmişdən təhsil almaqla məşgul olmuşam.

-Sualınız, sözünüz varmı?

-Təşəkkür edirəm məni dəvət etdiniz , sizə uğurlar arzulayıram.

-Biz də sizə təşəkkür edirik, qəbul etdiniz, gəldiniz və bizimlə vaxtınızı keçirdiniz. Sizə tannınmış , sevilən yox , məhşur reper olmağınızı arzulayırıq.



Hazlrladl: VƏLİYEVA NARINC


Fotoqraf: PAŞAYEV VƏLİ


Qurd : Mən  qətiyyən  ulduz   xəstəliyinə  tutulmamışam.
Qurd : Mən  qətiyyən  ulduz   xəstəliyinə  tutulmamışam.
Qurd : Mən  qətiyyən  ulduz   xəstəliyinə  tutulmamışam.
Qurd : Mən  qətiyyən  ulduz   xəstəliyinə  tutulmamışam.
Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






40850 03.10.14 14:25
 
Median.Az