Niyam Səlami: Mənim bu sənətə gəlməyim üçün mənə həvəs, ruh verən mügənni məhz o oldu. » Median.Az Агентство новостей

Niyam Səlami: Mənim bu sənətə gəlməyim üçün mənə həvəs, ruh verən mügənni məhz o oldu.
Niyam Səlami: Mənim bu sənətə  gəlməyim üçün mənə  həvəs, ruh  verən mügənni məhz o oldu.

Növbəti müsahibim Azərbaycanın tanınmış,yetəri qədər sevilən mügənnisi Niyam Səlamidi
.-Həyat gözəldir, yaşamağa dəyər. Sizcə bəs elədirmi?

-Həyat həqiqətən çox gözəldir , yaşamağa dəyər. Allah nəyi yaradıbsa o dəyərlidir, yaşadığımız həyat kimi. Hamıya şərəfli həyat yaşamağı məsləhət bilərdim.

-Mümkündürsə özünüz haqqında məlumat verərdiniz . Bu bizə və oxucularımız üçün çox maraqlı olardı.

-Mən 1976-cı ildə fevral ayının 15-i Masallının Ərkivan kəndində Bağlı küçə məhəlləsində 11 nəfərlik ailədə doğulmuşam.

-Siz necə bir ailədə doğulmusunuz? Və bu ailənin sizin xarakterinizə mənfi və müsbət təsiri hansılardır?

-Mən tərbiyəli və boyüyə , kiçiyə hörmət edən və etməyi bilən ailədə doğulmuşam. Biz ailədə 11 nəfər olmuşuq . Birimizin səhvi tənbeh olunanda digərlərimiz ondan nəticə götürmüsük. Mən öz ailəmi çox sevirəm və xoşbəxtəm ki , o ailədə boyümüşəm.

-Dostunuzu , düşməninizi ayıra bilirsiniz ?

-Bəli. Təbii ki , bilirəm. Amma bəlli etmirəm, sadəcə bayağı dildə desək yola verirəm. Güya ki, onların mənə qarşı olan münasibətindən xəbərsizəm.

-Olubmu ki , sizi çox sevirik , hörmət edirik deyənlər yarım saat sonra dalınızca danışlblar?

-Çox olub, onları özüm də tanıyıram. Elə insanlara bədbəxt insanlar deyirəm . Yenə qadınları bağışlamaq olar , amma kişilər daha çox təəccüblü gəlir və insanda əsəb xəstəliyi yaradır.

-Həyatda və sənətdə mövqeyiniz nədir?

-Insan kimi insan olmaq . Həyatda və sənətdə bu çox önəmlidir mənim üçün.

-Hər bir tanınmış və məhşur müğənninin öz şah əsəri var. Bəs sizin şah əsəriniz hansıdır?

-Şah əsərim çoxdu demək olar . “Sənə haram əllər dəymiş”, “ Ay ürək”, “Gözəllər gözəli” və s.

-Sizin səsinizi tanınmış türk mügənnilərindən birinin səsinə bənzədirlər , razısınız bu bənzətmə ilə?

-Birinə deməzdim , bir neçəsinə bənzəyir. Bu normaldır, məncə insanın səsi də , gorünüşü də bir- birinə bənzəyə bilər.

-Siz müəyyən məkan açılışlarında, teleçəkilişlərdə, el şənliklərində iştirak edirsiniz. Təqdimatınızın xoşunuza gəlmədiyi vaxt olubmu?

-Bəli , olub . Günlərin birində bir el şənliyində dostum məni Azərbaycanın Bülənt Ərsoyu deyə təqdim etdi və bu mənim heç xoşuma gəlmədi . Mənə elə Azərbaycanın Niyam Səlamisi kifayətdir.

-Hər bir məşhur müğənni özünü kiməsə bənzədir zaman zaman. Bəs siz?

-Bəli. Bu məndə də olub .Mən istəmişəm ki, dünya şöhrətli müğənni Maykl Ceksona oxşayım.

-Tanınmışlardan ən çox sizə dəstək olan müğənni olubmu? Deyibmi ki, sən sevilərsən, məşhur ola bilərsən, üzərində işlə, çalış ,irəli get.

-Bəli, olub. Mən bunu ilk dəfə olaraq indi açıqlayıram. Mən şadlıq evi işlədirdim və orada səhnə alırdım ,bəzən oxuyurdum. Bir gün hamının tanıdığı sevilən müğənnimiz Rüfət Axundov mənə dedi ki , Niyam, gəl sən oturma. İrəli get , sənin səsinə reaksiya insanlar arasında tam başqadı. Onun o sözü mənə ruh verdi , həvəs verdi, çox kömək oldu.

-Bəs əksinə deyənlər, sizi ruhdan salanlar olubmu?

-Bəli, olub. İndi isə həmin adam mənə tam başqa fikir deyir. İnsanlar müxtəlif olur.

-Sizcə Azərbaycanın ən varlı kişi və qadın müğənnisi kimdi?

-Məncə qadınlardan Aygün Kazımova , kişilərdən sənətini performansını çox sevdiyim Rəhim Rəhimli

-Bəlkə Xatirə İslamla aranızda olan məsələyə gələk?

-O anlaşılmazlıq idi və mən Xatirədən çox incidim . Onu heç bir zaman bağışlamaram. Çünki Xatirə əvvəl zəng edib soruşar, sonra danışardı. Axı belə olmaz. Onun nə sənətindən, nə özündən heç danışmaq istəmirəm.

-Teymur Əmraha qulaq asırsınız?

-Əlimdə olsa ona professor adı verərəm . Bütün yarışma verilişlərində münsif kimi yalnız onu görmək istərdim. O, çox dahi sənətkardır mənim aləmimdə.

-Niyam bəy mügənni olmasaydınız hansı işin mütəxəssisi olardınız? Bildiyiniz kimi qardaş ölkəmiz olan Türkiyədə bütün tanınmış müğənnilər Mahsun Kırmızıgül, Əmrah, İbrahim Tatlısəs, Özcan Dəniz özlərini müxtəlif film və seriallarda sınadılar və uğurlu alındı. Sizcə sizdə aktyorluq alınarmı?

- Xeyriyyəçi həkim olardım, tarixçi olardım . Antikaları çox sevirəm , evimdə XVII əsrdən qalan Şah İsmayil Xətainin cəmi var və mən suyu onda içirəm. Sonra dizayner olardım . Yeni evimi şükür olsun ki , arzuladığım kimi tikdim və dizayneri də özüm oldum. Film və seriala gəldikdə, mən sevgi rolundan başqa bütün rollara çəkilərəm .Mafiya başçısı, baron,korsan rolları məndə uğurlu alınar. Bir də şəhərin yaşıllaşdırma işini mənə versələr , uğurla həyata keçirərdim. Şıxov , Bayıl tərəfdə gözəl dizaynla “ Azərbaycan” sözünü yazardım.

-Bu ilki uğurlarınız və gələcək planlarınız haqqında

-Bu ilki uğurum gözəl, sevilən mahnılarım, evimin yekunlaşması və ən böyüyü saçıma müalicə ilə tükün gəlməsi oldu. Gələcək planlarım çoxdur. İnşallah gələn ay Türkiyədə klip çəkdirəcəm . İkinci Ququşun “ Əlvida demə mənə” mahnısını Azərbaycan dilində ifa edəcəm. Bidiyiniz kimi Ququş əslən Gəncəlidi və əsl adı Faiqədir. Planlarım haqqında qısa olaraq bu qədər.

-Sizdən sonrakı müsahibim tanınmış repper Qurddur.Ona qarşı münasibətiniz

-Çox yaxşı münasibətim var, çox bəyənirəm, qeyri- adi tərzi var. Ona da uğurlar arzulayıram.

-Bizə sözünüz, sualınız

-Uğurlar arzulayıram. Çox xoş oldu.
-Sizə də uğurlar arzulayırıq. Sağ olun ki, gəldiniz, vaxtınızı bizə ayırdınız. Bizə də xoş oldu. Sizə ən yüksək zirvələrdə olmağı arzulayırıq.


Hazırladı: Vəliyeva Narınc


Fotoqraf: Paşayev Vəli


Niyam Səlami: Mənim bu sənətə  gəlməyim üçün mənə  həvəs, ruh  verən mügənni məhz o oldu.
Niyam Səlami: Mənim bu sənətə  gəlməyim üçün mənə  həvəs, ruh  verən mügənni məhz o oldu.
Niyam Səlami: Mənim bu sənətə  gəlməyim üçün mənə  həvəs, ruh  verən mügənni məhz o oldu.
Niyam Səlami: Mənim bu sənətə  gəlməyim üçün mənə  həvəs, ruh  verən mügənni məhz o oldu.


Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






14654 28.09.14 21:20

Последние публикации

 
Median.Az