Maşın bazarında qiymətlər dəyişdi – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Maşın bazarında qiymətlər dəyişdi – VİDEO

Azərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir.

Median.Az
Bizimyol.info-Yya istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında qiymətlərin artmı müşahidə olunur.

Bahalaşmaya səbəb kimi satıcılar alıcı qıtlığının əsas göstərirlər, alıcılar isə buna səbəb kimi bazarda təklifin azaldığını deyirlər.

Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

Satıcılar ötən illərə nisbətən bu il Azərbaycana gətirilən komfortlu avtomobillərin sayında kəskin azalmanın müşahidə olunduğunu bildiriblər. Onlar buna səbəb ki, 2018-ci il yanvarın 1-dən aksiz vergisinin 80 faiz artırılmasının, 2019-cu il yanvarın 1-dən isə aksiz vergisinin 50 faiz artırılmasını əsas göstərirlər. Bu isə iri mühərrikli avtomobillərin satışına ciddi təsir edib. Kiçik mühərrikli avtomobillərə dizel maşınlara tələbatı artırıb ki, bu da həmin avtomobillərdə qiyməti bahalaşdırıb.

Satıcılar yerli istehsalın hələlik bazarda tələbatın 5 faizini ödəmədiyini deyərək, aksiz vergisinin artırılmasının daxili istehsala dəstək olma bilmədiyini, əksinə bazarda təklifin azalması nəticəsində büdcəyə daxilolmaların azaldığını vurğulayıblar.
Satıcılar üzü payıza doğru avtomobil bazarında canlanmanın olacağına ümid edirlər. Bu isə həm də qiymətlərin artımına səbəb ola bilər.

Avtomobil bazarından hazırladığımız videoreportajı təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 718 09.07.19 20:10