Çox onlayn olmaq kasıblıq vərdişi imiş - Mütəxəssislər izah edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Çox onlayn olmaq kasıblıq vərdişi imiş - Mütəxəssislər izah edir

Dünya yenə varlılara və kasıblara ayrılıb.

Amma tamam başqa əlamətə görə. İndi onlayn və oflayn olmaq sosial statusu müəyyənləşdirir.

Median.Az Bizimyol.info-ya xəbər verir ki, indi internetdə onlayn xidmətlərdən çox istifadə, sosial şəbəkələrdə, messencerlərdə çox vaxt keçirmək kasıblıq əlaməti sayılmağa başlayıb. Əksinə, bundan mümkün qədər uzaq qaçmaq varlılara xas xüsusiyyət kimi xarakterizə olunur.

Məsələn, dünya musiqi ulduzu Elton Con virtual aləmi heç sevmir. Ona heç elektron məktub yazmaq da mümkün deyil. Nə sözünüz varsa, xidmətçilər çatdıra bilər.

Conni Deppin nə mobil telefonu var, nə də sosial şəbəkə hesabı. Onun kimi xeyli məşhuru smartfonlar bezdirib. Məşhurlar günlərlə texnologiyanın təsir dairəsindən kənarda qalmağı özünə dərd etmir.

Mütəxəssislər deyir ki, varlılara yalnız təbii şeylər lazımdır. Bunun üçün hətta xərcə düşməyə də hazırdırlar.

"Arqumentı i Faktı" qəzetinə danışan tarix elmləri namizədi Olqa Çetverikovanın fikrincə, texnoloji cihazlar indi insanları idarə etmək üçün yaxşı vasitəyə çevrilib. Qacetləri kasıb adamlar icad etməyib. Böyük bir kütləni nəzarətdə saxlamaq üçün bundan yaxşı vasitə ola bilməzdi. Texnoloji qurğular indi harada olduğumuzu, nə düşündüyümüzü, hətta nə yediyimizi müəyyənləşdirir.

Qərbdə şirkət rəhbərləri uşaqlarını elə məktəblərdə oxudur ki, orada qacetlərdən istifadə minimum səviyyədədir. Həmin təhsil ocaqlarında internetdən bizim qədər istifadə etmirlər. Hətta lövhədə misalları da təbaşirlə yazırlar. Bütün gününü smartfonda keçirən adamlar heç də həmişə ağıllı olmur. Araşdırmalar göstərir ki, hətta xarici dilləri də yaxşı mənimsəmirlər.

Bu fikirlərlə razılaşmayanlar da var. "Arqumentı i Faktı"ya açıqlama verən "Cognitive Technologies" şirkətlər qrupunun prezidenti Olqa Uskova deyir ki, onlayn xidmətlərdən çox istifadə edən neçə-neçə milyonçu, milyarder tanıyır: "Ənənəvi təhsil dünyada köhnəlmiş sayılır. İnternetdəki informasiya kafedrada danışan professorun dediklərindən daha yeni olur. Əlbəttə, canlı ünsiyyət vacibdir. Amma insan məlumat toplamaq fikrindədirsə, bunu onlayn da edəcək, oflayn da".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 532 05.06.19 19:49