Bəşəriyyət tezliklə dağılacaq - Alimlər səbəbləri açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bəşəriyyət tezliklə dağılacaq - Alimlər səbəbləri açıqladı

Hazırkı vəziyyətdə bəşəriyyətin sonu yaxınlaşıb.

The Independent xəbər verir ki, bu barədə avstraliyalı alimlərin hesabatında deyilir.

Bunun əsas səbəbləri kimi iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi və bunun nəticəsi olaraq iqtisadi-sosial böhran göstərilir.

Ekspertlər yaxın gələcəkdə neft və qazın istehlakının azaldılması üzrə ciddi səylərin olmayacağını əsas gətirərək 2030-cu ildə havanın çirkləndirilməsinin pik səviyyəsinə çatacağını proqnozlaşdırır. Nəticədə 2050-ci ilədək Yerdə havanın hərarəti sənayə dövründən öncə olan göstəricilərlə müqayisədə 3 dərəcə artacaq. Bu üzdən dənizlərdəki buzlar əriyəcək, Amazoniyada genişmiqyaslı quraqlıq olacaq.

Həmçinin Asiya və Qərbi Afrikada, habelə Qolfstrimdə mussonların bölünməsində dəyişikliklər olacaq, bu isə Avropadakı vəziyyətə mənfi təsir göstərəcək. Şimali Amerika dağıdıcı təbii fəlakətlərdən, o cümlədən meşə yanğınları, quraqlıq və sel sularından əziyyət çəkəcək. Asiyada çaylarda suyun səviyyəsi azalacaq, Meksika və Mərkəzi Amerikada yağıntılar səviyyəsi iki dəfə aşağı düşəcək.

2100-ci ildə Yer kürəsində havanın orta temperaturu 5 dərəcə artacaq.

Qeyd olunur ki, 4 dərəcə istiləşmə mövcud qlobal cəmiyyət təşkilinə ziddir, həmçinin ekosistemlərə dağıdıcı təsir göstərir. Hətta 2 dərəcə istiləşmə insanların isti ölkələrdən kütləvi köçünə səbəb olacaq. Nəticədə iqlim qaçqınlarının sayı bir milyarda çata bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 688 05.06.19 12:08