Azərbaycanda "Youtube"dən ƏN ÇOX PUL QAZANANLAR - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |    

Azərbaycanda "Youtube"dən ƏN ÇOX PUL QAZANANLAR - SİYAHI

Azərbaycanda mahnıları, videoları, filmləri milyonlar tərəfindən izlənilən məşhurlar var. Onlar yaradıcılıqlarını nümayiş etdirib, geniş auditoriyaya təqdim etmək üçün məhz "Youtube" sosial şəbəkəsindən istifadə edirlər.

Median.Az
Redaktor.az-a istinadən ən çox pul qazanan məşhurların adlarını təqdim edir:

Redaktor.az-a danışan blogger Bahadur Seyidov söylədi ki, 322 000 abunəsi olan "Demədi Demə" "Youtube" kanalından ayda təxmini olaraq 700 dollar qazanır.

"Bu Şəhərdə"nin komandası da "Youtube"də ən çox sevilənlər və izlənilənlər siyahısındadır. Komandanın baş prodüsseri və ssenaristi Müşviq Abbasov bildirdi ki, onlarda hər ay fərqli olur. 209 677 nəfərin abunə olduğu kanal ayda 100-300 dollar gəlir gətirir.

Blogger Əmrah Babayev "Youtube" kanalından 1000-3000 dollar arası pul qazanır.

Gənc müğənni Nahidə Babaşlının gəliri isə bizi xeyli təəccübləndirdi. Nahidə ayda 1500-4000 dollar qazanır.

Müğənni Talıb Talenin verilişlərin birində söylədiyi "Youtube"dən 2 illik qazancımla ev almaq olar" fikri müzakirələrə səbəb olub. Talıb Talenin "Youtube" kanalında hazırda 500 000-ə yaxın abunəçi var. Gəlirini isə müğənni sirr olaraq saxladı.

Ən çox qazananlar sırasında müğənni Damla da yer alır. Sənətçi 223 minlik "Youtube" kanalından nə qədər pul qazandığını bizimlə bölüşmək istəmədi.

Bəziləri bu haqda məlumat versə də, digərləri qorxudan nəinki gəliri, hətta minimal qazanclarını belə söyləmədilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 933 24.04.19 21:20