Bu il Rusiyadan Azərbaycana gələn turist sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Bu il Rusiyadan Azərbaycana gələn turist sayı açıqlandı

"Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib".

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

Agentlik sədri qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. 2018-ci ilin dekabrından Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

F.Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən "Formula 1", UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 485 24.04.19 20:13