Qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər arasında ölənlər də var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər arasında ölənlər də var

“Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı, təxminən, 850-yə qədər cinayət işi qeydə alınır. 2016, 2017 və 2018-ci illər ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub”.

Median.Az
xəbər verir ki. bunu “report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, son üç il ərzində Azərbaycanda qadınlar tərəfindən zorakılığa məruz qalan kişilərin arasında ölənlər də olub: “Kişilərə qarşı zorakılıq halları daha çox kişilərin öz arasında baş verib.

Yəni, bu zorakılıq halları ata-oğul, qardaşlar, kürəkən-qayınata münasibətləri zəminində qeydə alınıb. Təbii ki, bu illər ərzində qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər də qeydiyyata alınıb.

Hətta bu halların arasında ölümlə nəticələnəni də olub. Sadəcə olaraq, bu hallar barmaqla sayılası qədərdir”.

Şöbə müdiri vurğulayıb ki, məişət zorakılığı faktları daha çox kişilər tərəfindən törədilir: “Qərbi Avropa ilə müqayisədə Azərbaycanda qeydə alınan zorakılıq halları daha çox qadınlara qarşı törədilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 24.04.19 19:18