"Ziyanı mən çəkmişəm, pulu başqasına ödəyirlər" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |    

"Ziyanı mən çəkmişəm, pulu başqasına ödəyirlər"

"Mən Bank "VTB”yə girov qoyulan avtomobili tanımadığım şəxsdən almışam. Maşını mülkü etibarnamə ilə rəsmiləşdirmişəm. Əlbəttə ki, avtomobili aldıqdan sonra onun kreditinin qalan hissəsini özüm ödəməyə başladım. Bir müddət ödəniş etdikdən sonra devalivasiya baş verdi və dollar 0.78-dən, 1.05-ə qalxdı. Həmin vaxt banka müraciət edib kreditin qalan hissəsini manatla ödəmək istədiyimi bildirdim. Bank bununla razılaşdı və devalivasiya nəticəsində yaranmış artımı da əlavə edərək mənə krediti manatla ödəməyə şərait yaratdı. Yəni, 0.70-1.05 arasındakı fərq mənim üzərimə yüklənildi. Bir müddətdən sonra yenə devalivasiyanın baş verəcəyindən ehtiyyat edərək kreditimi tam bağladım. İndi Prezident İlham Əliyevin problemli kreditlərə bağlı verdiyi sərəncamdan yararlanmaq istəyirəm. Bank mənə deyir ki, maşın bankda başqa şəxsin adına rəsmiləşdirilib. Yəni, avtomobilə görə yeni müqavilə mənimlə bağlanmayıb. Ona görə də mənə ödəniş etmək istəmirlər”.

Bu sözləri Missiya.Az-a kredit problemi ilə bağlı müraciət edən vətəndaşlardan biri deyib.

Onun sözlərinə görə, Bank "VTB” ödənişi yalnız müqaviləni bağladığı şəxsə qaytara biləcəyini deyir: "Mən isə bununla razılaşmıram. Çünki həmin şəxs heç bir ödəniş etməyib. Bütün ödəniş sənədlərində mənim adım gedir. Devalivasiya nəticəsində yaranış artımı da mən ödəmişəm. Əlimdə ödəni qəbzləri var. Bütün ödəniş qəbzlərində mənim adım var. Prezident İlham Əliyev müvafiq sərəncamı devalivasiyadan ziyan çəkənlərə kompensasiya verilməsi üçün imzalayıb. Bankın müqavilə bağladığı şəxs devalivasiyadan heç bir ziyan çəkməyib. Qalan ödənişin hamısın banka mən etmişəm. Niyə mənim pulum devalivasiyadan bir qəpik belə ziyan görməyən şəxsə verilməlidir?”

Vətəndaş belə hallarda nə etməlidir?

İqtisadçı Vüqar Bayramlı Missiya.Az-a açıqlamasında bildirib ki, vətəndaş problemini yalnız məhkəməyə müraciət etməklə aradan qaldıra bilər: "Təəssüflər olsun ki, əksər hallarda kredit öhtəlikləri rəsmiləşdirilmir. Yəni zaminlərlə və xüsusilə avtomobil kreditləri ilə bağlı kredit öhtəlikləri rəsmiləşdirilmədiyi üçün belə problemlər yaranır. Əgər kredit öhtəliyi krediti götürən şəxsin adına deyil, ödənişi edən müştərinin adına rəsmiləşdirilsə, belə problemlər yaranmaz. Mülki Məcəllədə və Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı mexanizmdə qeyd edilib ki, bu tip problemlərlə bağlı narazılıq yaranarsa, etiraz edən tərəf məhkəməyə müraciət etməlidir. Əgər məhkəmə onun krediti ödədiyini təsdiq edərsə, kompensasiya kredit müqaviləsi bağlanılan şəxsə deyil, ödənişləri edən şəxsə veriləcək. Ona görə də vətəndaş mütləq məhkəməyə müraciət etməlidir. Əgər məhkəmə qərarı olmasa, kompensasiya kreditin müqaviləsi bağlanılan şəxsə ödəniləcək”.


Əksər hallarda bankdan əlavə kredit öhtəliyi olan şəxslə ödənişləri edən şəxs arasında mübahisələr baş verir. Müraciət edən vətəndaşın da belə problemi yarana bilər. Məsələn, Bank "VTB” kompensasiyanı müqavilə bağladığı şəxsə ödəmək istəyir. Bank həmin vətəndaşa müvafiq qaydada xəbərdarlıq göndərəcək. Vətəndaş isə banka müraciət etməklə kompensasiyasını alacaq. Amma illər ərzində bir qəpik belə ödəniş etməyib. Krediti avtomobili satdığı şəxs ödəyib. Belə bir hal baş verərsə, vətəndaş nə etməlidir?

Vüqar Bayramlı bildirib ki, vətəndaş mütləq məhkəməyə müraciət etməli və pulu kredit öhtəliyi olan şəxsin deyil, özünün ödədiyini sübut etməlidir: "Məhkəmə qərarı olmadan krediti ödəyən tərəf, banka müqavilə bağlayan şəxsdən heç bir məbləğ tələb edə bilməz”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 647 23.04.19 23:29