Qubanın Ərməkiqışlaq kənd sakininin əlini eşşək dişləyib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Ərməkiqışlaq kənd sakini 2004-cü il təvəllüdlü Rahib Firuz oğlu Quliyevin əlini təsərrüfat işləri ilə məşğul olarkən uzunqulaq dişləyib.
O, Quba rayon Mərkəzi Xəstəxanasına müraciət edib. R.Quliyevə sol əlin geniş həcmli dişlənmiş yarası, 4 və 5-ci barmaqların zədələnməsi diaqnozu qoyulub.
Həkimlər onu vaksinasiya edərək yaralarını tikiblər.
Faktla bağlı araşdırma aparılır.